Gənclərimiz Vətənə olan sevgilərini 2020-ci il 44 günlük müharibədə canlarını fəda edərək göstərdilər

Gənclərimiz Vətənə olan sevgilərini 2020-ci il 44 günlük müharibədə canlarını fəda edərək göstərdilər
1 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib.Bununla da Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Gənclər Günü Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb.
Ümummilli liderimiz Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına həmişə diqqət yetirirdi. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.
Ulu öndərimiz Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Heç də təsadüfü deyildir ki, Ulu öndər Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşır, onların problemlərini həll etməyə çalışırdı.
Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə dövlət başçısı tərəfindən 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ulu öndərimizin gənclərlə çox saylı görüşü, onlara etdiyi dəyərli tövsiyələr gənclərin ümummilli maraqlar və dövlət mənafeyi ətrafında birləşmələrinə xidmət edirdi. Bunun məntiqi nəticəsidir ki, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formu keçirildi. Formda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığının vurğuladı.
Ulu Öndərimizin əsasını qoyduğu gənclər siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir. Prezident İlham Əliyevin gənclərin vətənpərvər, milli adət-ənənələrə bağlı, savadlı kadr kimi yetişməsi üçün gördüyü tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir. 2007-ci ilin “Gənclər İli” elan olunması gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığını daha da artırmışdır. Gənc kadrların hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət göstərən Prezident İlham Əliyev 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsini təsis edib.
Gənclərimiz Vətənə olan sevgilərini 2020-ci il 44 günlük müharibədə canlarını fəda edərək göstərdilər. Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Qismən səfərbərlik elan edildiyinə görə gənclərin xahişi yerinə yetirilmədi; gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin "nəfəsini kürəyində hiss etdi"... Canlarını fəda edən Gənclərimiz adlarını Azərbaycan tarixinə Qızıl Hərflərlə yazdılar.Bununla yanaşı Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkəklərdə çox aktiv oldular və informasiya müharibəsində də biz qalib gəldik.
Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi sabahın əsl qayğıkeşləri olacaq.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta ümumtəhsil
məktəbin müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər