Ulu öndər bütün həyatını, ömrünü, zəkasını böyük milli məqsədlərə sərf edib

Ulu öndər bütün həyatını, ömrünü, zəkasını böyük milli məqsədlərə sərf edib Bu gün müstəqil Azərbaycanın öz siyasi mövqeyi, öz inkişaf yolu vardır. Azərbaycanda əsası Heydər Əliyev tərəfindən qoyulmuş vahid inkişaf strategiyası, siyasi-iqtisadi və mədəni-mənəvi, vahid milli ideologiya formalaşmaqdadır. Dövlətimizin öz milli maraqlarına söykənən beynəlxalq siyasi kursu da, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də göz qabağındadır.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlaması və potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Ümummilli lider Heydər Əliyevin öz Vətəninə, xalqına, milli irs və ənənələrinə bağlılığı həmin təhdidlərin önündə də əzəmətli sərhədə çevrildi, bütövlükdə xalqın genetik yaddaşını qorudu. Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, bir qüvvə kimi fəaliyyət göstərə bilir.
Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində. Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, inkişaf edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir zəmanət yoxdur. Sabahkı uğurlara yeganə zəmanət sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır. Bizim misilsiz mənəvi irsimiz olan Ümummilli lider Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi.
Ulu öndər bütün həyatını, ömrünü, zəkasını böyük milli məqsədlərə sərf edib. Buna görə bütün xalqımız ona minnətdardır. Ümummilli lider Heydər Əliyev irsi xalqa xidmət idealları ilə bağlı idi. Onun tərəqqisinə xidmət edən işlər görmək dahi insanın ömrünün mənası idi. Rəhbərin dövlətçiliyi və millətçiliyi tarixi əhəmiyyət kəsb edən məqsədlərə tərəf ardıcıl və başlıcası isə, həmişə böyük nəticəli hərəkət idi. Bu da Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi. Ulu öndərin nümunəsi bizi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edir.
Xalqımızın sürətli tərəqqisinə nail olmaq planları böyük rəhbər üçün milli təhsil sisteminə gündəlik qayğı ilə ayrılmaz idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın təhsili əslində yenidən quruldu. Ümummilli lider hesab edirdi ki, qabaqcıl kadrları olmayan xalqın inkişaf etmiş dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün ulu öndər bütün qabaqcıl ali məktəblərində kadrlar hazırladır, minlərlə gənci respublikadan kənara təhsilə göndərirdi. Bilik Günü məktəblərə gedir, təhsilimizin gələcəyi barədə öz vəsiyyətlərini edirdi. Böyük rəhbər bu diqqəti ilə həm də hamımızın müəllimi idi. Hər dövrdə, hər cəmiyyətdə tərbiyə о halda uğurlu olur ki, onun əyani şəxsi nümunəsi olsun. Tarix bu nümunəni bizə bəxş etməklə gənc nəslin tərbiyəsi işinə böyük töhfə vermişdir. Milli ruhda tərbiyə alan insanın ən yaxşı ideal nümunəsi ümummilli liderin mübarizələr və qələbələr dolu bioqrafiyasıdır.
Ümummilli liderin Vətəninin milli-mənəvi dəyərlərinə ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, elminə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət etmir. Çünki görülən işlər, sadəcə, qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlardır.
Ulu öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət olmasındadır. Bəli, Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu ailə öz xoşbəxtliyini məhz xalqa layiqli xidmətdə görür. Ümummilli lider Heydər Əliyev müdrik dövlət rəhbəri olmaqla yanaşı, həm də qabaqcıl azərbaycanlı dəyərlərini parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılan ailə başçısı idi. Böyük şəxsiyyət kimi yetişən, xoşbəxtliyi kamillikdə, təmizlikdə və halal zəhmətdə axtaran, ailənin saf sevgi üzərində qurulması vacibliyini dərk edən Ümummilli lider Heydər Əliyev cəmiyyətdə öz layiqli yerini tutmuş, saf təməl üzərində qurduğu ailənin bütün qayğılarını öz üzərinə çəkmişdi. Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyimizin əbədiyaşar olması uğrunda mübarizəsi ilə davam edir.

Maştağa qəsəbəsi, 187 saylı tam orta məktəbin
coğrafiya müəllimi Mehriban Mikayılova

Oxşar xəbərlər