Azərbaycan ağır atletləri İrəvana gedirlər

Azərbaycan ağır atletləri İrəvana gedirlər Ağır Atletika üzrə Azərbaycan milli komandası İrəvanda keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasından məlumat verilib.

Bildirilib ki, Nazilə İsmayılova (45 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) İrəvanda keçiriləcək turnirə qatılacaq.

Qeyd edək ki, sözügedən turnir 15-23 aprel tarixlərində baş tutacaq.

Oxşar xəbərlər