Türkiyədə növbəti dəfə zəlzələ olub

Türkiyədə növbəti dəfə zəlzələ olub Türkiyənin Samsun şəhərində 3.8 bal gücündə zəlzələ baş verib.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə AFAD və Kandilli Rəsədxanası məlumat yayıb.

Zəlzələnin yerli vaxtla 08:01-də Bafra mahalından 90 km məsafədə meydana gəldiyi bildirilir.
AFAD zəlzələnin yerin 14.1, Kandilli Rəsədxanası isə 18.1 km dərinliyində olduğunu açıqlayıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan 2 güclü zəlzələnin baş verməsindən sonra bu ölkədə tez-tez afterşoklar qeydə alınır.

Oxşar xəbərlər