
Moderator.az xəbər verir ki, bu, Rusiya Müdafiə Nazirliyinin “sülhməramlı”lara aid bölməsindəki gündəlik dislokasiya xəritəsindən bəlli olur.
Belə ki, fevralın 26-a aid xəritədə Laçın “dəhlizi” ərazisində keçirilmiş patrul xidmətinin “dəhliz” ərazisindən kənara - Laçın şəhərinin lap yaxınlığınadək davam etdiyi görünür. Həmin patrul xidmətinin Şuşa-Laçın yolundakı Zarıslı kəndinə yaxın ərazidən başlandığı bəlli olur.
P.S. İki il üç aydan çoxdur ki, ərazimizə yerləşdirilmiş Rusiya hərbi kontingenti rəsmi qurumların, o cümlədən Müdafiə Nazirliyinin, eləcə də ictimaiyyətin və medianın xəbərdarlıqlarına rəğmən funksiyalarından kənar bir sıra qanunsuz davranış və əməllərini, həmçinin dislokasiya xəritələrində Azərbaycana məxsus toponimlərin ermənilərin xeyrinə təhrifini davam etdirir...
