h

h Macarıstanın “Arcanum” firmasının icraçı direktoru Elöd Biszak Milli Kitabxanada olub

h


Yanvarın 30-da Macarıstanın “Arcanum” firmasının icraçı direktoru Elöd Biszak Milli Kitabxanada olub. Görüş zamanı qonağa Milli Kitabxana və kitabxanada həyata keçirilən dijitallaşdırma işi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, kitabxanada 2008-ci ildən etibarən müstəqil şəkildə 1 milyondan artıq resurs dijitallaşdırılıb. 2020-ci ildə Milli Kitabxana “Azərbaycanda milli elektron kitabxana” layihəsini irəli sürüb, lakin müəllif hüquqlarının qorunması səbəbilə bu layihə həyata keçirilməyib.

Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə Azərbaycanın tarixi və mədəniyyət abidələrinin xəritəsi hədiyyə edilib.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

h


Yanvar ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi də qoşuldu.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) tərəfindən “Qarabağa kitabla gedək” layihəsi üçün müxtəlif dillərdə 53 nüsxə kitab təqdim olunub. Bu kitabların müəllifləri təşkilatın rəhbəri, xaricdəki azərbaycanlı yazarlar, diplomatlar, diaspor üzvlərdir. Həmçinin, bu kitabların müəllifləri arasında Azərbaycanın əcnəbi dostları da var.

Oxşar xəbərlər