
“Qafqazinfo” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin rəsmi saytında açıqlama verilib.
Statistikaya görə, hazırda Düşənbədə 37 otel və 57 restoran, 4 milli çayxana, 32 əyləncə mərkəzi, 25 bazar və 91 ticarət mərkəzi, 26 suvenir mağazası, 17 mədəniyyət və istirahət parkı, 1 zoopark, 14 meydan, istirahət üçün 5 su hövzəsi var. Paytaxtda gündəlik yüzlərlə yerli və xarici qonağa xidmət göstərən 204 gözəllik salonu və 201 bərbər, 4 mədəniyyət sarayı və 7 peşəkar teatr, 10 muzey, 16 kitabxana, 306 müalicə və profilaktika müəssisəsi fəaliyyət göstərir.
Xatırladaq ki, 2020-ci ildə MDB-nin mədəniyyət paytaxtı Qırğızıstanın Şımkent şəhəri elan edilmişdi.