Düşmənə qarşı hərbi gücün tətbiqi, ardı ilə gələn Qələbə, təbii ki, Prezidentin uzun illər səbirlə yürütdüyü siyasətin danılmaz nəticəsi idi

Düşmənə qarşı hərbi gücün tətbiqi, ardı ilə gələn Qələbə, təbii ki,  Prezidentin uzun illər səbirlə yürütdüyü siyasətin danılmaz nəticəsi idi
Əbədi azad, gündən-günə daha işıqlı gələcəyə möhkəm addımlar atan Azərbaycanın bu yolda ən böyük uğuru , əlbəttə, Prezident Cənab İlham Əliyevdir, desək , yanılmarıq.. 2003-cü il oktyabrın 15-də xalqın iradəsi, böyük dəstəyi ilə seçilən lider bu günə qədər də gərgin uğurlu fəaliyyətini, danılmaz əməyini fasiləsiz davam etdirir.. Tarix belə lideri asan yetişdirmir.. Bu uğurlu yolda ilk əvvəl Cənab Prezidentin aldığı təhsilin də rolu böyük olmuşdur..
1961-ci ildə Bakı şəhərində doğulan Müzəffər Komandan elə ilk təhsilini də 6 saylı məktəbdə alır, O, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alır, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alır. Prezident İlham Əliyev həmçinin 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. Yəqin ki, məhz buna görə daim müəllimliyin müqəddəs olduğunu vurğulayır.. Onların bütün problemləri ilə yaxından maraqlanır, qayğısını əsirgəmir.. Sözsüz ki, təhsilin, təlim-tərbiyənin nə qədər əhəmiyyətli olduğunu da məhz elə bu sahədə çalışan şəxs bilə bilərdi.. Ümumilli lider Heydər Əliyevin təhsil sahəsindəki dövlət siyasətini Cənab lider də müvəffəqiyyətlə davam etdirir.
“Prezident vəzifəsinə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm və bu dəstək mənə daima mənəvi güc verir, iradəmi möhkəmləndirir” deyən Prezident İlham Əliyev məhz 44 günlük müharibədə xalqın, Azərbaycanın yenilməz ordusunun dəstəyi ilə düşmənin qarşısında sarsılmaz güc nümayiş etdirdi, onun güclü siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad etdik. Düşmənə qarşı hərbi gücün tətbiqi, ardı ilə gələn Qələbə, təbii ki, Prezidentin uzun illər səbirlə yürütdüyü siyasətin danılmaz nəticəsi idi. Buna qədər Azərbaycan müstəqillik qazandıqdan sonra illər boyu bütün dünya dövlətləri ilə güclü siyasi-iqtisadi əlaqələr yaratdı. Siyasi səhnədə güclü olmaq üçün hərbi, iqtisadi,mədəni və.s bütün sahələrdə uğurlu inkişaf çox əhəmiyyətli idi. Bunu dərindən bilən Cənab Ali Baş Komandan sanki illərdir dövlətimizi ilmək-ilmək həm müharibəyə, həm Qələbəyə qətiyyətlə hazırlayırdı. İlham Əliyevin fəaliyyəti, özünüinkişafı heç vaxt 1 və ya 1 neçə sahə ilə kifayətlənməyib. O, daim daha çoxuna çalışıb. Bir yandan bir çox idarə və təşkilatlarda fəal mövqe yürüdən lider, digər yandan sülh təhsil, din, mədəniyyət, incəsənət və sayısız bir çox sahələrdə də çoxlu ordenlərə, təltif və titullara da layiq görülüb. Çünki Əmək heç vaxt bəhrəsiz, mükafatsız qalmır..
Ulu Öndər Heydər Əliyev hələ 01.10.2003-cü il tarixində İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək layiqli davamçı, özünün axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi, dəstəyi ilə başa çatdıra biləcək, ən az özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi şəxs adlandıraraq əslində bu günləri çox öncədən görüb duymuşdu.. Yalnız elə dahi bir ata, belə möhkəm iradəli ,əzmli oğul yetişdirə bilərdi.
Cənab Prezident hakimiyyətə gəldikdən sonra YAP-ın da fəaliyyətində köklü dəyişikliklər etmiş, kadr yerləşdirilməsində gənclərə xüsusi önəm vermiş,l akin yaşlı nəslin də təcrübəsini gözardı etməmişdir. Milli həmrəyliyin təmin olunmasına xidmət edən partiyanın bu gün 770 mindən artıq üzvü var.
Ali Baş Komandan lider olduğu qədər, həm də xoş, sevincli günləri sadə xalqla bölüşməyi sevən bir insandır, biz bunun müharibədən sonrakı dövrlərdə də daha yaxından şahidi olduq. O öz 50 illik yubileyini məcburi köçkünlərlə, 60 illik yubileyini isə Şuşada xalqın arasında qeyd etmişdir.
Müharibədən əvvəlki dövrdə bütün dünyada tüğyan edən Pandemiya ilə mübarizədə də Cənab Prezident doğru qərarlarla bu çətin, ağrılı dönəmdən xalqın daha az təsirlə çıxmasına şərait yaratdı. O dönə-dönə qeyd edirdi ki, bizim üçün prioritet məsələ insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir. Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.
Tarix 2020-ci ilin 27 sentyabrını- xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılacaq yeni dövrü yaxınlaşdırırdı. Azərbaycan Ordusu 30 illik həsərətə son qoyacaqdı.. “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq.Nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” deyən Prezident İlham Əliyev Şanlı Qələbə ilə bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarını istədiyi an, istədiyi üsulla işğaldan azad edə biləcək gücə malik güclü dövlətdir. Bəlkə indiyə qədər dünya Azərbaycanı Neft-Qaz ixracatcısı, ağ qızıl vətəni olaraq tanıyırdısa müharibədən sonra biz həm də, hərb sahəsində təcrübəmizi və gücümüzü də ortaya qoyduq.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.. Azərbaycan xalqı öz ordusuna, ümumilli liderinə, onun layiqli davamçısına əbədi minnətdardır. Bundan sonra da Cənab Ali Baş Komandan, Müzəffər liderin başçılığı ilə Azərbaycan daha irəli və aydın günlərə inamla addımlayacaq, bu şübhəsizdir.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Əminə Vahid




Oxşar xəbərlər