Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Albaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Gələn il bu tarixi hadisənin 30-cu ildönümü olacaqdır. Bu münasibətlə 2023-cü ildə Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. Azərbaycan ilə Albaniya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İndiyədək Albaniya prezidentləri ölkəmizə 5 dəfə işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın Baş naziri Edi Rama 14 aprel 2022-ci il tarixində ölkəmizə rəsmi səfərə gəlib. E.Rama səfər zamanı Bakıda bildirib ki, Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək. Albaniyanın sabiq Prezidenti İlir Meta 16 iyun 2022-ci il tarixində ölkəmizə işgüzar səfəri zamanı VIII Qlobal Bakı Forumunda iştirak edib. Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.
Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin 31 dekabr tarixində TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər.
2019-cu il noyabr 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılmışdır. Qeyd edək ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.
Ramidə İbrahimova-36 saylı şəhər poliklinikasının baş həkimi


Oxşar xəbərlər