Saleh Sadiqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Saleh Sadiqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqov - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqov - Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə əhalinin ərzaqla etibarlı təminatına dair hərtərəfli tədbirlər görülür və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirilir.

Dövlət proqramlarının icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ilk növbədə respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması tələb olunur. Respublikamızda suvarılan torpaqların ümumi sahəsi 1 milyon 438 min hektar təşkil edir və ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-95 faizi həmin torpaqlarda istehsal olunur. Suvarılan torpaqların təxminən üçdə birindən çoxu, yəni 565 min hektarı mexaniki üsulla, o cümlədən 349 min hektardan çoxu elektrikləşdirilmiş, 68 min hektardan çoxu dizel nasos stansiyaları, 148 min hektardan çoxu isə subartezian quyuları vasitəsi ilə suvarılır.

Azərbaycanda kənd təsərrüfatının perspektiv inkişafı üçün mövcud torpaq-iqlim şəraiti respublikamızda suvarılan torpaq sahələrinin 3-3,5 milyon hektara qədər artırılmasına imkan yaradır. Lakin su ehtiyatlarının çatışmazlığı mövcud ehtiyatlardan səmərəli və qənaətlə istifadə olunması istiqamətində əlaqədar təşkilatlar və təsərrüfat sahibləri qarşısında həlli vacib olan məsələlər qoyur.

Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikamızda aqrar sektora, xüsusilə meliorasiya və su təsərrüfatı sahələrinə daim diqqət və qayğı göstərir. Ölkə başçısı hər ilin yekunlarına dair keçirilən müşavirələrdə suvarılan torpaqlarda həyata keçirilən meliorativ tədbirləri və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsini yüksək qiymətləndirməklə yanaşı, mütəmadi olaraq bu sahədə özünün müvafiq tövsiyə və tapşırıqlarını verir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də öz fəaliyyətini ölkə başçısının tövsiyə və tapşırıqları əsasında quraraq suvarılan torpaqların meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması sahəsində görüləcək işlərin istiqamətlərini müəyyən edərək ardıcıl tədbirlər həyata keçirir.

Son illərdə respublikamızın əkinəyararlı torpaq sahələrinin hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların bataqlaşmasının və şorlaşmasının qarşısının alınması məqsədilə görülən kompleks meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin həyata keçirdiyi genişmiqyaslı işlər və qarşıda duran vəzifələr Hidrogeoloji-Meliorativ Xidmət İdarəsində (HGMXİ) də geniş təhlil olunur, görüləcək işlərin və qarşıda duran vəzifələrin əsas istiqamətləri dəqiqləşdirilir.

HGMXİ-nin əsas məqsədi Azərbaycan Respublikasında suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətini və onlarda baş verən dəyişikliyi öyrənmək, torpaqların şorlaşmasının və bataqlaşmasının səbəblərini araşdırmaq, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirmək və onların yaxşılaşdırılması üzrə müvafiq tövsiyələr hazırlamaq, meliorasiya xidmətlərinin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.

***

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Saleh Sadiqovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqovdur.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi Saleh Sadiqov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Saleh Sadiqov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Saleh Sadiqovdan danışdılar yaxşı ki, Saleh Sadiqov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisidir… Saleh Sadiqov öz isguzarlığı ilə tanınır və seçilir….

Saleh Sadiqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Saleh Sadiqovu heç vaxt əqidəsindən döndərə bilməz.

Saleh Sadiqov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Saleh Sadiqov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Saleh Sadiqov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Saleh Sadiqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Saleh Sadiqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Saleh Sadiqov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Saleh Sadiqov özünü doğruldub. Bizdə hörmətli Saleh Sadiqovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər