GÜNAHSIZ ŞƏXS ONDAN 20.000 RÜŞVƏT ISTƏYƏN MÜSTƏNTIQDƏN PROKURORA ŞIKAYƏT ETDI, NƏTICƏDƏ ÖZÜNÜ TUTDULAR

GÜNAHSIZ ŞƏXS ONDAN 20.000 RÜŞVƏT ISTƏYƏN MÜSTƏNTIQDƏN PROKURORA ŞIKAYƏT ETDI, NƏTICƏDƏ ÖZÜNÜ TUTDULAR Sələmçilər dəstəsi iki azyaşlı uşağın anasını, atasını və dayısını həbs etdirdi

Sadiq oxucularımız bəlkə də xatırlayarlar, Abşeron rayonu Masazır qəsəbəs sakini Mirzəyeva Gülnarə Zeynalabdin qızının redaksiyamıza müraciəti əsasında bir neçə dəfə “Dəryaz” qəzetinin veb-saytında məqalələr dərc olunmuşdu. http://deryaz.az/?p=8814

GÜNAHSIZ ŞƏXS ONDAN 20.000 RÜŞVƏT ISTƏYƏN MÜSTƏNTIQDƏN PROKURORA ŞIKAYƏT ETDI, NƏTICƏDƏ ÖZÜNÜ TUTDULAR


G.Mirzəyeva şikayətlənirdi ki, Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospektində, keçmiş “Gənclik” mehmanxanasının arxasında fəaliyyət göstərən qızıl dükanlarından birinin ticarətçisi Yeganə adlı qadın tərəfindən aldanılıb, pulu mənimsənilib. Bildirirdi ki, Yeganə onu şirnikləndirərərək qızıl alveri ilə məşğul olmağa sövq etmiş, əvvəlcə ona külçə (lom) qiiyməti ilə qızıl təklif etmiş, demişdir ki, 585 problu qızılın qramını 65 manatdan, 750 problu qızılı 80-85 manata satacaq, yeri gəldikcə nisyə də verəcək.

Yeganənin məsləhətini səmimi hesab edən Gülnarə qızıl götürməyə başlamış, satdıqca hər həftə müəyyən məbləğlərdə pullar ödəmiş, ona inandığı üçün, eləcə də götürdüyü qızılın qədərini bildiyi üçün verdiyi pulun qarşılığında qəbz almırmış. Nəhayət, Gülnarənin Yeganəyə verdiyi pullar üst-üstə 700 min manat olanda aralarında anlaşılmazlıq yaranmış, axırda Gülnarənin qardaşı Vüqar Mirzəyev işə qarışmış və gedib Yeganədən ona verilən pulların qəbzlərini istəmişdir. Yeganə Vüqara qəbzlərin kserosurətini çıxarıb verəndə məlum olmuşdur ki, guya Gülnarə ona yalnız 500 min manat vermiş, həm də onun hesabına görə 92 min manat da borcu qalmışdır. Aşkara çıxan ən pis hal da bu olub ki, demə, Yeganə Gülnarəyə qramını 60 manata dediyi qızılın hesabını öz sənədlərində 95 manatdan, 85 manata dediyi qızılın isə qramını 140 manatdan aparırmış.

Beləliklə, məlum olub ki, Yeganə Gülnarəni aldadıb, yəni, həm artıq pul alıb, həm satdığı qızılı əvvəl dediyindən baha hesablayıb, üstəlik, həm də onu özünə borclu çıxarıb. Yeganənin çevirdiyi bu işlər, saxtakarlıq,vergi və maliyyə pozuntuları Gülnarəni pul alıb ona verdiyi qardaşıyla, həyat yoldaşıyla və başqa tanışlarıyla üz-göz etmişdir. Ona görə də Yeganə başına gələn bu müsibəti ictimailəşdirib hüquq mühafizə orqanlarının diqqətinə çatdırmağı, artıq verdiyim pulların özümə qaytarılmasına köməklik göstərilməsini xahiş edirdi. Biz də redaksiya olaraq öz növbəmizdə saytda işıqlandırdığımız bu məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə məktubla müraciət etmişdik.

Təssüf ki, nədənsə Daxili İşlər Nazirliyinə ünvanladığımız bir neçə məktuba laqeyd yanaşılmış,heç bir sorğumuza cavab ala bilməmişik

“Deryaz.az” veb-saytında gedən 19.01.2022-ci il tarixli “Hərbçilərlə müştərək qanunsuz iş quran sələmçilər borc bataqlığına saldıqları şəxsin azyaşlı qızını hədələyirlər” sərlövhəli növbəti məqalədə isə Yeganə tərəfindən aldanılandan sonra Gülnarənin işlərinin sahmanından çıxdığı və nəticədə borc bataqlığında vurnuxduğu, evini və həyat yoldaşının maşınını satıb sələmə ödəməyə məcbur olduğu, onun və ailə üzvlərinin maddi və mənəvi durumunun acınaqcaqlı hala gəldiyi, cəmiyyət içində nüfuzlarına ciddi xələl gəldiyi, üstəlik, borc götürdüyü bəzi şəxslərin onun çıxılmaz vəziyyətindən istifadə edərək, üzərinə daha artıq borc yükləmək üçün hər fürsətdən yararlanmağa çalışdıqları bildirilirdi. Məsələn, Gülnarə öz əmisi qızı, Goranboy rayon sakini Leyla Aslanovadan ümumilikdə 66150 (altmış altı min bir yüz əlli) manat almış və 187140 (bir yüz səksən yeddi min bir yüz qırx) manat, yəni, 120990 (bir yüz iyirmi min doqquz yüz doxsan) manat artıq qaytarmışdır. Leylanın rəfiqəsi, Goranboy əsilli Aytən Musayevadan üst-üstə 135000 (Bir yüz otuz beş min) manat almış, 319000 (Üç yüz on doqquz min) manat, yəni, 184000 (bir yüz səksən dörd min) manat artıq qaytarmışdır.



Gülnarə Mirzəyeva yazırdı: “Elə olub ki, Aytən Musayeva sələm ödənişimin vaxtını cəmi 3 gün uzatmaq üçün 73 qram 750 probluq qızıl saatı girov götürüb və nəticədə mənimsəyərək heçə sayıb.




O da məndən əlavə olaraq 201000 (iki yüz bir min) manat pul tələb edir. Aytənlə Leyla Aytənin həyat yoldaşının bibisi oğlunun vasitəsilə Goranboy və Tərtər rayonlarında xidmət edən hərbçilərlə iş qurub: Hərbçilərin maaş kartları ilə aşağı faizlə pul götürərək başqa vətəndaşlara yuxarı faizlə sələm verirlər. Hətta bir dəfə Leylanın mənə verdiyi pulu telefonda hərbçi Ayaz İsayev kimi təqdim olunan bir şəxs zəng vuraraq tələb edib, azyaşlı qızımı hədələyib, pulunu çatdırmasaq, bizə problem yaşadacağını deyib”.

Digər sələmçi isə Gülnarənin tanışı Bəhruz Cəfərovdur ki, guya Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Cəfərov Yasin Yaqub oğlunun adından istifadə edərək şantaj və hədə-qorxu gəlmək yolu ilə Gülnarədən borcundan qat-qat artıq pul tələb edir. ( Cəfərov Yasin Yaqub oğlunun həqiqətən də Bəhruzun qardaşı olması və DİN orqanlarında işləməsi barədə Daxili İşlər Nazirliyinə göndərdiyimiz sorğuya da cavab ala bilmədik)

Bəhruz da hər dəfə Gülnarəni yoldaşı ilə, qardaşı ilə şantaj və təhdid edib külli miqdarda onun pulunu mənimsəyib, qızılı satıb verib Bəhruza, şantajla aldığı 205 min pulu mənimsəyib. Qardaşı Vüqardan da 40 min alıb.

Bəhruz Cəfərov Nizami rayonu ərazisində Xudafərin şadlıq sarayının və Amazon kafesinin yaxınlığında yaşayır. Tel:055-970-30-35

G.Mirzəyevanın sözlərinə görə, Bəhruzdan 85000 (səksənb beş min) manat borc pul alıb, sələmlə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat qaytarıb. Buna baxmayaraq, Bəhruz ondan əlavə olaraq 128000 (bir yüz iyirmi səkkiz min) manat pul tələb edir. Bəhruz həmin pulu Gülnarənin qardaşı Vüqardan tələb edir və istəyinə nail olmaq üçün özünə saxta «dəli»lik sənədi düzəldərək Vətən müharibəsi qazilərindən istifadə edir. Belə ki, Bəhruzun səfərbər etdiyi «qazilər» qrup halında Vüqarın sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Eurohome” ticarət mərkəzinə gələrək Vüqarın onlara 128000 manat pul borcu olduğunu bildirmiş və tələb etmişlər.

G.Mirzəyeva bildirir ki, əgər Bəhruz onu özünə borclu hesab edirsə, şikayətini hüquq-mühafizə orqanlarına bildirməliydi, daha işə aidiyyəti olmayan Vüqarı narahat etməməliydi. Görünür, Bəhruz yaxşı başa düşür ki, əsassız istəyini hüquq müstəvisində həyata keçirmək şansı yoxdur. G.Mirzəyeva həmçinin şübhələnir ki, problemin çözülməməsində Bəhruzun daxili işlər orqanlarında işləyən qardaşı Yasin Yaqub oğlunun da əli vardır.

Nə qədər qəribə olsa da, Gülnarə Mirzəyevanın problemi ilk əvvəl özü ictimailəşdirməyə başlamasına, hüquq-mühafizə orqanlarına üz tutmasına baxmayaraq, Nərimanov Rayon Polis İdarəsi məhz Yeganənin şikayətini təmin etməyə üstünlük verib. Nəticə budur ki, hazırda iki azyaşlı uşaq anası Gülnarə Mirzəyeva, onun əri Elməddin və iki azyaşlı uşaq atası qardaşı Vüqar Mirzəyev həbs olunublar. Məlumata görə, Nərimanov RPİ və Prokurorluq indiyədək Yeganənin sifarişi ilə Nərimanov rayonu ərazisində 10-a yaxın adamı şərləyib tutub. Yeganənin bu çirkin işinin “vur” deyəninin Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Mehman Ələsgərov olduğu üzə çıxır. Vüqarın yaxınlarının dediklərinə görə Mehman Ələsgərovun Gülnarə, əri və qardaşı ilə prinsipə düşməsinin səbəbi isə istədiyi 20 min manat rüşvətin ödənilməməsi, Vüqar Mirzəyevin müstəntiqin haqsız tələbindən Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etməsi olub. Deyib “Yeganə 10000 verib, sən də heç olmasa, 20000 ver, işi bağlayaq”. Etirazla qarşılaşanda isə hər vəchlə çalışıb ki, qisas alsın.

Yeri gəlmişkən qeyd edək ki, redaksiyamızın əməkdaşları məsələ ilə apardıqları araşdırma zamanı müstəntiqin qəbulunda olmuş, Yeganəyə “nəyə görə şikayət edənə qədər Gülnarə Mirzəyeva ilə uzun müddət iş birliyində olduğunuz vaxt haqq-hesab aparıb borc məsələsində ortaq məxrəcə gəlməmisiniz” sualını vermişlər. Qarşı tərəf bu suala cavab vermək əvəzinə əməkdaşımıza hücum çəkmiş, onu da şantaj edib hədə qorxu gəlmişdir.

Beləliklə, Gülnarə Mirzəyeva ilə ərinin ardınca Mirzəyev Vüqar Zeynalabdin oğlu da 18 avqust 2022-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsi tərəfindən tutulmuşdur. Tutulma üçün əsas Nərimanov RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən açılmış 60551 saylı axtarış işi olmuşdur.

Əldə etdiyimiz məlumatlarda bildirir ki, Mehman Ələsgərov tərəfindən Mirzəyev Vüqar Zeynalabdin oğlu barəsində açılan axtarış işi tamamilə qanunsuzdur. Belə ki, Mirzəyev Vüqar Zeynalabdin oğlu vəkillə 19.05.2022-ci il tarixdə hüquqi yardım haqqında müqavilə bağlamış və onunla birlikdə dəfələrlə müstəntiq Mehman Ələsgərovun qəbulunda olmuşdur.Vəkil ordeni müstəntiqə təqdim edilmişdir.

Ardıcıl olaraq 06 iyun 2022-ci il və 13 iyun 2022-ci il tarixlərdə Vüqar Mirzəyev vəkili ilə birlikdə Mehman Ələsgərovun qəbulunda olmuşdur. Bu zaman Mehman Ələsgərov Vüqar Mirzəyevə qarşı təzyiqlər edərək bacısı Gülnarə Mirzəyeva tərəfindən zərəçəkmişlərə vurulduğu iddia edilən ziyanı ondan ödənilməsini tələb etmiş, ziyanı ödəməyəcəyi təqdirdə onu tutacağını bildirmişdir. Hətta 06 iyun 2022-ci il və 09 iyun 2022-ci il tarixlərdə onun barəsində tutma protokolu tərtib etməyə çalışmış, lakin müdafiəçi qismində vəkilin qanuni tələblərindən sonra müstəntiq öz qanunsuz əməllərini saxlamış və tutma protokolunu tərtib etməmişdir.

Daha sonra iyun ayının sonlarında müstəntiq Mehman Ələsgərov telefon vasitəsi ilə vəkilə zəng edərək, Vüqar Mirzəyevi götürüb 1 saata idarəyə yaxınlaşmağı bildirmiş, vəkil ona ən azı 5 gün qabaqcadan rəsmi çağırış ünvanlamalı olduğunu xatırlatmışdır. O, telefon vasitəsi ilə vəkili də hədələyərək, “Nə rəsmi çağırış? Axtarış verərəm, görərsiz” – deyə bildirmişdir. Daha sonra elə həmin gün, yəni, 25.07.2022-ci il tarixdə Vüqar Mirzəyev tərəfindən Nərimanov RPİ-nə aşağıdakı məzmunlu teleqram göndərilmişdir:




“Bildirirəm ki, Sizin tərəfinizdən telefon vasitəsilə müdafiəçimə zəng edilərək mənim bu gün polis idarəsinə gəlməyim bildirilmişdir. Mən bundan əvvəl də dəfələrlə Sizin telefonla çağırışlarınız əsasında polis idarəsinə gəlmişəm. Lakin mənə heç bir rəsmi çağırış və ya bildiriş göndərilməmişdir. Sizdən xahiş edirəm ki, mənim polis idarəsinə nə üçün çağırılmağım barədə vaxtı və yeri göstərilməklə, rəsmi çağırış göndərəsiniz”.

Mehman Ələsgərov tərəfindən 28.07.2022-ci il tarixdə Zaman Express sürətli poçt daşıma xidməti vasitəsilə çağırış vərəqəsi göndərilərək Mirzəyev Vüqar Zeynalabdin oğlu səhəri gün, yəni, 29.07.2022-ci il saat 11:00-da Nərimanov RPİ-nə çağırılmışdır.



Qeyd edilən çağırış vərəqəsini vəkil 28.07.2022-ci il tarixdə axşam tərəfi iş vaxtından sonra saat 18:05-də qəbul etmişdir. Bu barədə dərhal hüquqlarını müdafiə etdiyi Vüqar Mirzəyevə bildirmişdir. Lakin Vüqar Mirzəyev Xaçmaz rayonunda olduğundan və səhəri gün saat 11:00-da çata bilməyəcəyindən, elə səhəri gün tezdən, yəni, 29.07.2022-ci il tarixdə səhər saat 09:00-da olduğu Xaçmaz rayonunun poçt şöbəsindən rəsmi teleqram vuraraq çağırış vərəqəsini gec aldığını, hal-hazırda iş ilə əlaqədar Xaçmaz rayonunda olduğunu, müstəntiqin çağırışına növbəti həftənin 1-ci günü, yəni 01 avqust 2022-ci il tarixdə saat 15:00-da gələcəyini qeyd etmişdir. Vəkil də müstəntiqlə telefon əlaqəsi saxlayaraq bu barədə məlumat vermişdir.

01.08.2022-ci il tarixdə Vüqar Mirzəyev və vəkili birlikdə Nərimanov RPİ-nə getməyinə baxmayaraq müstəntiqi işdə tapa bilməmişlər. Telefon vasitəsi ilə əlaqə saxladıqda, o, özünün xəstə olduğunu, işdə olmadığını, onlara sabah, yəni, 02.08.2022-ci il taqrixdə saat 15:00-da gəlmələrini bildirmişdir.

02.08.2022-ci il tarixdə səhər saat 09:00 radələrində müstəntiq Mehman Ələsgərov özü telefon vasitəsi ilə vəkilə zəng vuraraq bu gün də gəlməmələrini, başqa işlərinin olduğunu, sabah üçün çağıracağını bildirmişdir. 03 avqust 2022-ci il tarixdə müstəntiq Mehman Ələsgərov nə telefon vasitəsi ilə, nə də rəsmi çağırış ilə onları çağırmamışdır. İdarəyə gedib-getməməyi dəqiqləşdirmək üçün vəkilin Mehman Ələsgərova bir neçə dəfə zəng vurmasına baxmayaraq, o, telefon zənglərinə cavab verməmişdir. Bundan sonra Vüqar Mirzəyevin Xaçmaz rayonunda işləri olduğundan və 3 gündür ki, Bakı şəhərində boş-bekar oturub müstəntiqi gözlədiyindən, işlərini həll etmək üçün Xaçmaz rayonuna getmiş və getməmişdən əvvəl müstəntiqə rəsmi teleqram göndərərək 2 gündür ki ondan xəbər gözlədiyini, lakin müstəntiqin onu çağırmadığını, işləri ilə əlaqədar Xaçmaz rayonuna getməli olduğunu, növbəti həftənin 1-ci günü, yəni 08 avqust 2022-ci il tarixdə gələ biləcəyini, əgər müstəntiq üçün uyğundursa, 08 avqust 2022-ci il tarixdə gəlib-gəlməyəcəyinə münasibət bildirməsini xahiş etmişdir.

Bu teleqramdan sonra müstəntiq tərəfindən nə rəsmi çağırış əsasında, nə də telefon zəngi vasitəsi ilə nə Vüqar Mirzəyevə, nə də müdafiəçi qismində onun vəkilinə heç bir məlumat verilməmiş, idarəyə dəvət edilməmişlər.

08 avqust 2022-ci il tarixdə yenidən Mehman Ələsgərovun qəbuluna getmək üçün ona mobil telefon vasitəsi ilə dəfələrlə zəng vurulmasına baxmayaraq onun telefonuna zəng çatmamışdır. Vüqar Mirzəyev vəkili ilə birlikdə Nərimanov RPİ-nə getsələr də, müstəntiq Mehman Ələsgərovun növbədən sonra olduğundan idarədə olmadığı, istirahətdə olduğu, yalnız səhəri gün, yəni 09 avqust 2022-ci il tarixdə işdə olacağı bildirilmişdir.

09 avqust 2022-ci il tarixdə də yenə də vəkilin Mehman Ələsgərova dəfələrlə zəng vurmasına baxmayaraq, o, telefona cavab verməmişdir.

09 avqust 2022-ci il tarixdə Nərimanov rayon Prokurorluğunun əməkdaşı İbrahim İbrahimov telefon vasitəsi ilə zəng vuraraq Vüqar Mirzəyevi etdiyi şikayət ilə əlaqədar izahat verməsi üçün Nərimanov rayon prokurorluğuna dəvət etmiş və Vüqar Mirzəyev elə həmin gün — 10 avqust 2022-ci il saat 12-13 radələrində Nərimanov rayon Prokurorluğunda olaraq öz izahatını vermişdir.

Bundan sonra Vüqar Mirzəyev Xaçmaz rayonuna getməli olduğundan, bir daha rəsmi teleqram vuraraq yenə də 3 gündür ki, Bakı şəhərinə gələrək Nərimanov RPİ-nə gəlmək istədiyini, lakin müstəntiq tərəfindən ona heç bir məlumat verilmədiyi, işləri ilə əlaqədar Xaçmaz rayonuna getməli olduğu bildirilərək növbəti həftə gəlmək üçün ona vaxt bildirilməsini xahiş etmişdir.

Növbəti həftənin 1-ci günü, yəni 15 avqust 2022-ci il tarixdən o, yenə də Bakı şəhərinə gəlmiş, lakin müstəntiq Mehman Ələsgərova dəfələrlə zəng vurduqlarına baxmayaraq, gah onun telefonuna zəng çatmamış, gah da edilən zənglərə cavab verməmişdir.

18 avqust 2022-ci il tarixdə Vüqar Mirzəyevə 050-211-02-78 mobil nömrədən zəng gələrək özünü yalandan Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi təqdim edərək ona şikayəti ilə əlaqədar izahat verməsi üçün saat 13 radələrində Baş Prokurorluğun inzibati binasına dəvət etmişlər. Vüqar Mirzəyev saat 13 radələrində Baş Prokurorluğun yerləşdiyi inzibati binanın qarşısına gələrək həmin nömrəyə zəng vurmuş və gəldiyini bildirdikdən sonra Nərimanov RPİ-nin 16-cı polis bölməsinin əməkdaşları axtarışda olduğunu bildirərək onu saxlamışlar.

Göründüyü kimi, Mirzəyev Vüqar Zeynalabdin oğlu heç bir çağırışdan yayınmamışdır, əksinə, o, iyun ayından etibarən dəfələrlə müstəntiqin yanında olmuş, avqust ayının 1-dən saxlanıldığı 18 avqust 2022-ci il tarixdək isə hər həftənin 1, 2 və 3-cü günləri Nərimanov RPİ-nə getsə də, müstəntiq gah xəstə olduğundan, gah növbədən sonra olduğundan idarədə olmamış, qalan vaxtlarda isə telefona cavab verməmişdir. Müstəntiq tərəfindən cəmi bir dəfə 28 iyul 2022-ci il tarixdə çağırış vərəqəsi göndərilmiş və 29 iyul 2022-ci il tarixdə saat 11:00-da çağırmış, Vüqar Mirzəyev isə teleqram vuraraq həftənin 1-ci günü, yəni 01 avqust 2022-ci il tarixdə gələcəyini bildirmiş və elə həmin tarixdə də getmişdir. Bundan sonrakı günlərdə və həftələrdə də Nərimanov RPİ-nə gəlmişdir. Lakin müstəntiq tərəfindən guya onun çağırışa gəlmədiyi qeyd edilərək qanunsuz və əsassız olaraq şəxsin barəsində axtarış elan edilmişdir.

Şəxsin heç də çağırışdan yayınmadığı həm onun göndərdiyi teleqramından əvvəl də Nərimanov RPİ-nə getməsindən, həm də 10 avqust 2022-ci il tarixdə Nərimanov Prokurorluğuna izahat vermək üçün getməsindən, eləcə də tutulduğu gün, yəni 18 avqust 2022-ci il tarixdə Baş Prokurorluq adı ilə zəng vuran polis əməkdaşlarının onu aldatmasına baxmayaraq onun izahat vermək üçün Baş Prokurorluğa getməsindən tam aydın olur.

Bundan əlavə, Mirzəyev Vüqar Zeynalabdin oğlu 13 iyun 2022-ci il tarixdə vəsatət verərək onunla zərərçəkmiş Yeganə Səlimova arasında video-çəkiliş aparılmaqla üzləşdirmə istintaq hərəkətinin keçirilməsini tələb etmişdir.

Həmçinin açılan cinayət işi üzrə Mirzəyeva Gülnarə Zeynalabdin qızı və Aslanov Elməddin Məzahir oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lakin həmin cinayət işi üzrə əslində nə Elməddin Aslanovun, nə də Vüqar Mirzəyevin Gülnarə Mirzəyeva ilə əlbirliyi sübuta yetirilmir. Hal-hazırda da Vüqar Mirzəyevin qeyd edilən cinayət işi üzrə şübhəli olması heç bir mötəbər sübutlarla təsdiq və ya ehtimal olunmur.

Göründüyü kimi, şəxsin barəsində elan edilən axtarış tamamilə əsassız və hüquqa ziddir, şəxsin hüquqlarını kobud surətdə pozur.






Vəkil göstərilənlərə əsasən müraciət etdiyi yuxarı instansiyalara işi nəzarətə götürməklə, qanunsuz olaraq tutulmuş Mirzəyev Vüqar Zeynalabdin oğlunun dərhal müvəqqəti saxlama yerindən buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Vüqarın qohumlarının verdiyi məlumatlarda bildirilir ki, guya Mehman Ələsgərovun sözündən belə başa düşmək olur ki,»mən kiməm adam tutam», «zakaz» Nərimanov rayon Prokurorluğundan gəlib ki, Vüqar tutulmalıdır. Zakaz da Yeganənin təşəbbüsüdür. Guya, Nərimanov rayon Məhkəməsində proses gedən zaman müstəntiqə zəng gəlib ki, nə uzadırsınız, işi tezləşdirin.

Qeyd ediək ki, Nərimanov rayonunun Prokuroru cənab Hidayət Nurəlibəyovdur. Görəsən, cənab Nurəlibəyov Yeganə kimi cinayətkarların sifarişini yerinə yetirərkən Vüqar Mirzəyevin iki körpə oğlunun və Gülnarənin iki azyaşlı qızının gələcək talelərini düşündümü?

Cənab Prokuror bu qərəzli və ədalətsiz qərarı verəndə öz evladlarının gələcək talelərini fikirləşdimi?

P.S. Məqalə dərc olunan zaman məlumat aldıq ki, Apelyasiya Məhkəməsinin şərəfli hakimi Elmar Rəhimovun qərarı ilə Elməddin Aslanov məhkəmə zalından azadlığa buraxılıb. O, gün olsun ki, Gülnarə və Vüqarın da günahsızlığı sübuta yetirilib öz körpə balalarına qovuşsun. Amin!

Bəs görəsən İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin əməkdaşları Yeganə Səlimovadan satdığı 700.000 manatlıq zinət əşyalarının hesabını niyə soruşmurlar? Yəqin ki, növbəti sayımızda aidiyyatı orqanlara ünvanladığımız sorğu məktubunda bu suallara cavab almağa çalışacağıq

Mövzuya qayıdacağıq.


Oxşar xəbərlər