Nərimanovda qanlı gecə

Nərimanovda qanlı gecə Müşahidə kameralarının görüntüləri araşdırılır

Bakıda qətl hadisəsi törədilib.

APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Əhməd Rəcəbli küçəsi 9 ünvanında baş verib.

55 yaşlı Rafis Mirzəyev bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, çoxsaylı bıçaq xəsarətləri alan Rafis Mirzəyevin həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Qətlin baş verdiyi əraziyə baxış keçirilib.

55 yaşlı Rafis Mirzəyevin kim tərəfindən qətlə yetirildiyi hələlik məlum deyil. Hazırda şahid ifadələri alınır, ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.

Nərimanov Rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Oxşar xəbərlər