Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” əməliyyat bölgəsində türkiyəli hərbçi şəhid olub.Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.Məlumata görə, Batuhan Şimşek terrorçuların açdığı atəş nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.