Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi “İldırım-2 Ciko” antiterror əməliyyatı çərçivəsində bir hərbçi şəhid olub.Trend xəbər verir ki, Daxili Qoşunların sıravi hərbi qulluqçusu Hakkari vilayətinin Yüksekova bölgəsində mağaraya sıxışdırılan terrorçularla atışmada həlak olub.
Əməliyyat zamanı iki terrorçu öldürülüb.