"Ermənilər regionu birdəfəlik tərk etmək istəyirlər"

“Ermənistanın məqsədi Azərbaycanla müharibəyə başladıb, KTMT-ni münaqişəyə cəlb etməkdir? Axı onlar tarixin acı təcrübəsindən bunun fayda gətirməyəcəyini bilirlər”.

Bunu deputat Sahib Alıyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında səsləndirib.

Deputat qeyd edib ki, Ermənistan nəticəsini bilə-bilə Azərbaycanla yeni müharibəyə hazırlaşır.

“Əgər ermənilər Göyçəni özlərinə yurd yerləri bilirlərsə, nəyə görə Qarabağda olduğu kimi, oradakı kəndlərimizin də altını üstünə çeviriblər? Bu da onu göstərir ki, onlar regionu birdəfəlik tərk etmək istəyirlər. Ona görə tərk etmək istəyirlər ki, müstəqillik əldə etmələrindən 30 il keçməsinə baxmayaraq, normal dövlət qura bilməyiblər”, - deyə Sahib Alıyev əlavə edib.

Oxşar xəbərlər