Ukrayna Azovstaldan təxliyyə edilən əsgərlərin sayını açıqladı

Ukrayna Azovstaldan təxliyyə edilən əsgərlərin sayını açıqladı Ukrayna hakimiyyəti uzun müddətdir mühasirədə olan Mariupoldakı Azovstal polad zavodundan bəziləri ağır yaralanan 264 əsgərin təxliyə edildiyini açıqlayıb.

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna xarici işlər nazirinin müavini Anna Malyar bildirib ki, ağır yaralanan əsgərlərin sayı 53 nəfərdir. Onun sözlərinə görə, təxliyə edilənlər Rusiyanın dəstəklədiyi qrupların nəzarətində olan Novoazovska aparılıb.
O, digər 211 əsgərin də Olenivkaya aparıldığını bildirib. Olenivka da Rusiyanın dəstəklədiyi separatçı qrupların nəzarətindədir.

Malyar əlavə edib ki, əsir düşən rus əsgərləri yaralı əsgərlərin fabrikdən çıxarılması müqabilində sərbəst buraxılacaq.

Oxşar xəbərlər