Azərbaycan zaman-zaman haqsız münasibətə qarşı səbr etmiş, səbrlə gözləmiş, bir gün haqqı olanı əldə edəcəyinə, şərəfli qələbə tarixini yazacağına əmin olmuşdur

Azərbaycan zaman-zaman haqsız münasibətə qarşı səbr etmiş, səbrlə gözləmiş, bir gün haqqı olanı əldə edəcəyinə, şərəfli qələbə tarixini yazacağına əmin olmuşdur Tarix boyu dövlətlərin mübarizəsində şahid olmuşuq ki, zaman kimin haqlı, kimin haqsız olduğunu göstərir. Zamanın xəlbirindən keçərək haqlı mübarizəsində qalib gələn dövlətlər az deyil. Bunu kölgələmək istəyən, boş vədlər verən, mənasız addımlar atan təbii ki, çox olur. Rəhbərinin (öndərinin), xalqının gücünə arxalananlar hər zaman qaliblərdir.
Azərbaycan zaman-zaman haqsız münasibətə qarşı səbr etmiş, səbrlə gözləmiş, bir gün haqqı olanı əldə edəcəyinə, şərəfli qələbə tarixini yazacağına əmin olmuşdur. Lakin bunun sülh yolu ilə, qan tökmədən həllində israrlı olmuşdur. Mənfur düşmən isə arxalandıqlarının sayəsində bacardığı qədər bu işğalçı siyasətini davam etdirmişdir. 30 il davam edən mənasız danışıqlar, get-gəllər, formal xarakter daşıyan nümayəndə heyəti, dirnaqarası atəşkəs rejimi bir daha sübut etdi ki, məsələnin həllində qarşı tərəf heç də maraqlı deyil. Yalnız düzgün həlli addımlar,uzaqgörən siyasi gedişlər bu problemi həll edə bilərdi.
Ulu öndərin təməlini qoyduğu düzgün və uzaqgörən siyasət və düzgün strategiyanın müzəffər Ali baş komandanımız tərəfindən uğurla daam etdirilməsi nəticəsidir ki, biz həm döyüş meydanında, həm də beynəlxalq arenada öz sözümüzü dedik. “Dəmir yumruğ”umuz düşmənə layiqli cavabı verdi.
“Qucaqda, bələkdə gedən körpələr, bu gün əllərində silah Ana Vətəni xilas etməyə gəldilər.” Qəhrəman oğullarımız Ana Vətən uğrunda canlarından keçərək, 44 günlük Zəfər tarixini yazdılar. Bunun nəticəsidir ki, bu gün biz düşmənə sübut etdik ki, “QARABAĞ AZƏRBAYCANDIR!”
22 və 23 aprel Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi bir daha sübut etdi ki, Şuşa Azərbaycanın qədim və əzəli torpağıdır. Artıq bir çox nüfuzlu beynəlxalq qurumlar öz tədbirlərini Şuşada keçirir.
Gözəl Vətənim, Sənə yalnız Zəfər yaraşır!
Yazımı Müzəffər Baş komandanın dəyərli cümlələri ilə yekunlaşdırmaq istəyirəm. “Əziz Şuşa sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Biz Səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ Azərbaycandır!”

Nardaran qəsəbəsi, 130 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi Həvva Rəcəbova


Oxşar xəbərlər