Şok nəticə: xərçəng hüceyrələrini tam məhv edən bakteriyalar aşkarlandı

Şok nəticə: xərçəng hüceyrələrini tam məhv edən bakteriyalar aşkarlandı Yaponiyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun alimləri xərçənglə mübarizədə inqilabi nəticə əldə etdiklərini açıqlayıblar.

Aparılan araşdırmalar zamanı kərtənkələlərin, Yapon ağac qurbağalarının və tritonların bağırsaq mikrobiotasında onkoloji hüceyrələri məhv etmək qabiliyyətinə malik bakteriyaların mövcud olduğu müəyyən edilib. Tədqiqat çərçivəsində şiş əleyhinə təsiri aydın ifadə olunan doqquz bakteriya ştammı ayrılıb.

Təcrübələr zamanı kolorektal xərçəng diaqnozu qoyulmuş siçanlara “Ewingella americana” bakteriyası əsasında hazırlanmış preparatın bir dəfə venadaxili yeridilməsi bütün heyvanlarda şişlərin 100 faiz yox olması ilə nəticələnib.

Alimlərin sözlərinə görə, bakteriya şiş toxumasında aktiv şəkildə çoxalaraq immun sistemini kəskin şəkildə stimullaşdırıb. Bu proses nəticəsində neytrofillərin, eləcə də T- və B-limfositlərin şiş ocağına intensiv axını müşahidə olunub və məhz bu mexanizm xərçəng hüceyrələrinin tam məhvinə gətirib çıxarıb.

Mütəxəssislər bildirirlər ki, tədqiqatın növbəti mərhələsində bu metodun digər xərçəng növlərində də effektivliyi yoxlanılacaq. Eyni zamanda, əldə olunan nəticələr əsasında insanlar üçün təhlükəsiz və effektiv terapevtik yanaşmanın hazırlanması planlaşdırılır.

Oxşar xəbərlər