Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi prosesində həmrəylik ideyası xüsusi əhəmiyyət kəsb edir

Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi prosesində həmrəylik ideyası xüsusi  əhəmiyyət kəsb edir
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birlik, həmrəylik və dövlətçilik ideyalarının təcəssümü olan əlamətdar tarixlərdən biridir. Hər il 31 dekabr tarixində qeyd edilən bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mənəvi birliyini gücləndirməklə yanaşı, onların Vətənlə əlaqələrinin möhkəmlənməsinə xidmət edir. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşında mühüm yer tutur və milli özünüdərk prosesində xüsusi əhəmiyyət daşıyır. Həmrəylik anlayışı Azərbaycan xalqının tarixi inkişaf yolunda daim əsas dəyərlərdən biri olmuşdur. Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar yad təsirlərə, işğallara və ədalətsizliklərə qarşı birlik nümayiş etdirmiş, milli maraqlarını qorumağı bacarmışlar.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu tarixi ənənənin müasir dövrdə davamı kimi çıxış edir və milli birliyin qlobal miqyasda ifadəsinə çevrilir. Bu günün formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması,diaspor fəaliyyətinin gücləndirilməsi və milli ideologiya ətrafında birləşməsi üçün möhkəm təməl yaradılmışdır. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirən lider kimi həmrəyliyin dövlət siyasətinin prioritet istiqamətinə çevrilməsinə nail olmuşdur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Bu qərar xaricdə yaşayan azərbaycanlıların Vətənə bağlılığını artırmış, milli birliyi möhkəmləndirmişdir. Bu günün yaranması həmçinin xalqımızın tarixində bir dönüm nöqtəsi kimi qiymətləndirilir.
Cənab Prezident İlham Əliyev diasporun inkişafına böyük diqqət yetirir, xaricdə yaşayan soydaşlarımızla görüşlər keçirir və onların Vətənlə bağlarını gücləndirir. Dünya Azərbaycanlılarının Qurultayları bu birliyin ən mühüm nümunələridir. 2022-ci ildə Şuşa şəhərində keçirilən V Qurultay Azərbaycan xalqının qələbə ruhunu və milli birliyini bütün dünyaya nümayiş etdirmişdir. Qurultayda iştirak edən bütün soydaşlarımızın ürəkləri Vətən üçün bir olmuş, birlik və həmrəylik ruhunu gücləndirmişdir. Bu tədbirlər azərbaycanlıların milli kimliyinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə böyük töhfə verir.Bu gün azərbaycanlılara bir daha xatırladır ki, birlikdə olduqda nə qədər güclüyük. Hər birimiz, harada yaşamasından asılı olmayaraq, Vətənin inkişafı və milli dəyərlərin qorunmasında məsuliyyət daşıyırıq. Həmrəylik ruhu gənc nəsli də Vətən sevgisinə, milli kimliyə sadiq olmağa ruhlandırır. Müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi prosesində həmrəylik ideyası xüsusi əhəmiyyət kəsb edir. Xaricdə yaşayan azərbaycanlılar öz fəaliyyətləri ilə ölkəmizin haqq səsinin beynəlxalq aləmdə çatdırılmasında, milli maraqların müdafiəsində mühüm rol oynayırlar. Diaspor təşkilatları vasitəsilə Azərbaycan mədəniyyəti, dili və tarixi təbliğ olunur, milli kimlik qorunub saxlanılır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gənc nəslin milli ruhda tərbiyə olunmasında da mühüm rol oynayır. Bu gün gənclərdə Vətənə bağlılıq, milli qürur və məsuliyyət hissini gücləndirir, onların Azərbaycançılıq ideologiyasına sədaqətini formalaşdırır. Gənclərin bu dəyərlər əsasında yetişməsi gələcəkdə güclü və həmrəy Azərbaycan cəmiyyətinin formalaşmasına zəmin yaradır.Müasir dövrdə qloballaşma proseslərinin güclənməsi milli dəyərlərin qorunmasını daha da
aktuallaşdırır. Belə bir şəraitdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli
maraqların qorunması, mədəni irsin yaşadılması və dövlətçiliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu gün azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, onları vahid amal ətrafında birləşdirir.
Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və dövlətçiliktariximizin parlaq səhifəsidir. Bu əlamətdar gün Azərbaycan xalqının gücünün birliyində olduğunu bir daha sübut edir. Həmrəylik ideyasının qorunması və inkişaf etdirilməsi Azərbaycanın gələcək uğurlarının əsas təminatlarından biri kimi çıxış edir.

Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Texnologiya fənn müəllimi Təranə Səfərova




Oxşar xəbərlər