Azərbaycan müharibədən sonra xarici və daxili siyasətdə bir sıra uğurlar qazandı

Azərbaycan müharibədən sonra xarici və daxili siyasətdə bir sıra uğurlar qazandı 2021-ci il Azərbaycan dövləti üçün çox məsuliyyətli bir il idi.İşğaldan azad olunmuş torpaqlarda həyatı yenidən dirçəltmək,bütün dağılan infrastrukturu bərpa etmək üçün vacib işlər görülməyə başlandı. Paralel olaraq da beynəlxalq müstəvidə ölkəmizin ərazi bütövlüyünün tanınması və baş verən bütün reallıqları dünyaya çatdırmaq qarşıda duran əsas vəzifələrdən idi.Əlbəttə ki, Azərbaycan dövləti bu məsuliyyətli işin öhdəsindən gəlməyi bacardı.
30 ilə yaxın bir müddətdə BMT qarşısında duran vəzifələri dinc yolla yerinə yetirməyə çalışsa da Azərbaycan xalqı öz gücü ilə buna nail oldu və öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da BMT-nin yalnız kağız üstündə qalan qətnamələrinin icra olunmaması yükü üstlərindən götürülmüş oldu.
Avropa ittifaqı da Azərbaycanın postmünaqişə reallıqlarını qəbul etmişdir. Bundan sonrakı işləri isə Azərbaycan və Ermənistan dövlətləri arasında gərginliyin azaldılması və sülh sazişinin imzalanmasına dəstək olmaqdır. 6 aprel görüşündə də bu məsələlər əsas müzakirə obyekti idi.
Azərbaycan 5 şərtdən ibarət təklifini qarşı tərəfə bildirmişdir.Ermənistan tərəfi isə bu şərtləri olduqca müsbət qarşılamış və iki dövlət arasında olan münaqişəyə son qoymaq üçün səy göstərmişdir. Münaqişəyə son qoymaq üçün ilk öncə Ermənistan ordusu Azərbaycan ərazisində silahlı gəzməməli,heç bir terror aktına cəhd etməməli,Azərbaycan ordusunun mövqelərinə atəş açmamalı və heç bir təxribat törətməməlidir. Bütün bu məsələlər ilk plana alınmalıdır.
Ölkənin inkişaf etməsi ən əsas da qonşu ölkələr ilə olan münasibətindən aslıdır. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibəti normallaşdırmasa heç cür irəli getməyi bacarmaz və inkişaf edə bilməz. Azərbaycan bu cəhətdən şanslı ölkələrdən biridir çünki, beynəlxalq təşkilatlarla yanaşı qonşu ölkələrlə də daim sıx münasibətdədir.
Azərbaycan 44 günlük müharibə dövründə öz ordusunun gücünü göstərdi.Bununla da kifayətlənməyib ordunu daha da inkişaf elətdirmək üçün vacib işlər görməyə başladı. Müharibədə ən əsas da Şuşanın işğalında böyük şücaət göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı. Hərbi texnikaya ayrılan vəsait də lazımı qədər artırılaraq ordunun daha da güclənməsinə zəmin yaratdı. Ermənistanda isə vəziyyət əksinədir. Ölkənin özlərinə silah almağa pulu yoxdur. Hamıya da məlumdur ki,müharibədən öncəki və müharibə dövründə də Ermənistana daim xarici ölkələrdən silah daşınıb. Bu da ölkənin hərbi gücünün nə dərəcədə zəif olduğunu göstərir.
Azərbaycan müharibədən sonra xarici və daxili siyasətdə bir sıra uğurlar qazandı.Ölkənin ixracı 2 dəfə artmağa başladı.Xarici ticarət dövriyyəsi 60%, qeyri-neft iqtisadiyyatı isə 10%-dən çox artdı.
Beləliklə, Azərbaycan dövləti qarşısında duran bütün vəzifələri yerinə yetirir və yetirməyə də davam edir. İlk öhdəliyi isə öz yurd yuvalarından didərgin düşmüş məcburi köçkün və qaçqınları yenidən öz torpaqlarına qaytarmaqdır.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Səbinə Orduxanova


Oxşar xəbərlər