Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim qələbəmizi qəbul etdilər. Məğlub olan Ermənistanın yeğanə çıxış yolu revanşizmə son qoymaqdır.Azərbaycan xalqı hər bir vəziyyətdə Qarabağla bağlı hər bir addımda sülh yolunu seçsə də təəssüf ki, Ermənistan məkirli və xain mövqeyindən heç vaxt əl çəkməmişdir.Müharibə qurtardıqdan sonra da dəfələrlə sərhədlərimizdə Azərbaycan Ordusuna qarşı qəsdən təxribat tör ətməyə cəhd etdilər. Heç bir maneə, heç bir əngəl bizi ərazi bütövlüyümüzü və sərhədlərimizi bərpa etmıkdən, onu qorumaqdan çəkindirə bilməz. Azərbaycan xalqı qanı ilə öz ərazi bütövlüyünü qanı ilə bərpa etmişdir. Dəfələrlə Ali Baş Komandanımız İlham Əliyev Ermənistana sülh danışıqlarına getməyi, məsələni sülh yolu ilə həll etməyi bildirsə də, Ermənistan bunu qəbul etməmişdir.

Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Bu, onların sülh istəmədiyini göstərir.Bu məsələyə münasibətini bildirən prezidentimiz demişdir Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışıqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Lakin ümid edirəm ki, yəqin Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.

Biz hər iki dövlət arasında sülhün olmasını istəyirik. Çünki biz istəməsək də ermənilərlə qonşuyuq. Biz 28 ildən sonra bizim olan torpaqlarımızı geri almışıq. Əgər ermənilər qərəzli niyyətlərinə son qoymasalar bu onların özlərinə qarşı apardıqları ən ağır zərbə olacaq.

Azad olmuş tarixi ərazilərimizdə bu gün həyat bərpa olunur,quruculuq işləri aparılır. İnanırıq ki, məhtərəm prezidentimizin uzaqgörən siyasəti nəticəsində Azərbaycan daha da inkişaf edəcək.

Bakıxanov qəsəbəsi. 72 saylı məktəb-liseyin direktoru Fərqanə Abbasova

Oxşar xəbərlər