Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi dövründə öz tərəfdarlarını və əsl düşmənlərini, sözün əsl mənasında, tanıdı

Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi dövründə öz tərəfdarlarını və əsl düşmənlərini, sözün əsl mənasında, tanıdı Böyük fizik Albert Eynşteynin belə bir ifadəsi var: "Böyük gücə sahib suveren dövlətlər olduğu müddətcə müharibə qaçınılmazdır". Həqiqətdir ki, hər bir müharibədə nüfuzlu dövlətlərin bir çoxu ədalətli olanın deyil, ən güclü olanın yanında olur.

Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi dövründə öz tərəfdarlarını və əsl düşmənlərini, sözün əsl mənasında, tanıdı. Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibənin əsasını aparıcı ölkələrin müharibə zamanı mövqeyi, sülhməramlıların fəaliyyəti ilə bağlı dəyərləndirmə, vaksinasiya prosesi və ölkənin Covid-19 statistikası, Cənub Qaz Dəhlizi, Qoşulmama hərəkatı və bu kimi digər məsələlər təşkil edir.

Əsas hissə: Beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB reallıqları qəbul etmişdir. Azərbaycan müharibəni ədalətli şəkildə, beynəlxalq hüququ gözləyərək aparsa da, Ermənistan Azərbaycana qarşı revanşist mövqe nümayiş etdirmişdir. Ölkənin müxtəlif bölgələrinə qadağan olunmuş silahlardan da istifadə etməklə kütləvi terror aktları törətmiş, etdiyi əməlləri inkar etmişdir.

Aparıcı ölkələr, təşkilatlar bütün bunların şahidi olsalar da, çox az bir qisminə reaksiya vermişdir. Lakin onların əksəriyyəti artıq reallıqlarla barışmışdır. Çünki qalib ölkənin dostu çox olar.

Rusiyanı da müharibəyə cəlb etmək üçün erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.

Müharibə ərəfəsində və müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminin şahidi oluruq. Belə ki, maddi və mənəvi abidələrimizin əksəriyyəti məhv edilmiş, mənəvi dəyərlərimizə hücum edilmişdir. Müharibənin Azərbaycanın qələbəsi ilə yekunlaşması təkcə torpaqların azadlığı deyil, həm də milli qürur hissimizin bərpası demək idi.

Müharibə zamanı ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın birtərəfli mövqeyi ilə Azərbaycana qarşı qarayaxmalarınin yolverilməz olduğunu prezident öz çıxışlarında dəfələrlə bildirmişdir.

Bu müharibədə Rusiya bitərəf mövqe tutmuşdur. Azərbaycan MDB məkanında vaksinasiya prosesinə başlayan ilk ölkələrdən biridir. Və hazırda da bu proses sürətlə davam etdirilir.

Qoşulmama hərəkatına üzv olan ölkələr iki dəfə Azərbaycan lehinə səs vermişdir.

Həmin dövlətlərlə aparılan istənilən əməkdaşlıq bir çox dövlətdə sual yaradırdı. Lakin Ali Baş komandanın uzaqgörən və planlı siyasəti öz tövhəsini verdi.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Hüseynova

Oxşar xəbərlər