
"Bu barədə Trend-in sorğusuna cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, mövcud sübutlara əsasən, ÜST və ÜST-ün Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
"ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək", - deyə əlavə edilib.