Dünyanın ilk korona peyvəndi bu tarixdə tətbiq olunacaq – Açıqlama

Dünyanın ilk korona peyvəndi bu tarixdə tətbiq olunacaq – Açıqlama Dünyanın ilk COVID-19 peyvəndi olan “Sputnik V”nin əhaliyə tətbiq olunacağı tarix açıqlanıb.

Bu barədə Rusiya Qamaleya Epidemiologiya və Mikrobiologiya Araşdırmaları İnstitutunun direktoru Aleksandr Gintsburq açıqlama verib.

“Peyvəndin vətəndaşlara tətbiq olunması üç mərhələdə aparılacaq. Peyvənd istehsalının davam etdiyi vaxtda, yəni ilk mərhələdə, qeydiyyatdan keçənlərə vurulacaq. Bu proses 7-10 günə baş tutacaq. İstehsal olunan əlavə peyvəndlər əhaliyə tətbiq olunacaq. Bu isə üç həftə və ya bir aya gerçəkləşə bilər”, – Gintsburq deyib.

Gintsburq ötən həftə peyvəndin bir gənc qadına tətbiq olunduğunu və müsbət nəticə verdiyini sözlərinə əlavə edib. (teleqraf.com)

Oxşar xəbərlər