Türk lirəsi 13 qəpiyə düşdü - REKORD

Türk lirəsi 13 qəpiyə düşdü - REKORD Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1334 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 10,4% azalma deməkdir.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi cari ilin noyabrın 13-də - 0,1489 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, dünən türk lirəsi dollar qarşısında da tarixi minimumunu yeniləyib və dolların məzənnəsi 13,40 lirə səviyyəsinə qədər yüksəlib.

Oxşar xəbərlər