Atamoğlan Babayev: Fond “Qələbəni bizə yaşadanları yaşat” devizi ilə yola çıxdı

Atamoğlan Babayev: Fond “Qələbəni bizə yaşadanları yaşat” devizi ilə yola çıxdı Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayev - 27 sentyabr 2020-ci ildə başlayan, 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın vətən həsrətinə son qoydu.

Müharibənin ilk günündən hər bir azərbaycanlı Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək vətənin azadlığı uğrunda mübarizəyə qalxdı. Azərbaycanlılar həm maddi, həm mənəvi formada ön cəbhəyə dəstək verərək bütöv bir xalqın birliyini nümayiş etdirdilər. Prezidentimiz İlham Əliyevin düzgün siyasəti, qətiyyətli mövqeyi və ordumuzun şücaəti ilə Azərbaycan öz haqq davasında qalib gəldi. Əlbəttə, qələbə fədakarlıqlarla əldə edilir. Neçə-neçə oğullar öz canını vətən uğrunda qurban verdi, şəhidlik zirvəsinə ucaldı. Bir hissəsi qazi olaraq geri qayıtdı.

Müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət ilk gündən əhəmiyyətli addımlar atdı. Bu addımlardan biri də müharibədə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu- “Yaşat” Fondunun yaradılması idi. Vətən müharibəsi dövründə xalqımız, bütün vətəndaşlarımız öz imkanları çərçivəsində əsgərlərimizə, şəhid ailələrinə dəstək olmağa çalışırdı. İndiki məqamda, belə bir fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmlidir.

Fond “Qələbəni bizə yaşadanları yaşat” devizi ilə yola çıxdı. Fond Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr hesabına formalaşır. Bununla yanaşı, şəhid ailələrinin və vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması daim vətəndaş cəmiyyətinin marağındadır. Azərbaycan xalqı xeyirxahlıq, fədəkarlıq və humanizm prinsiplərini rəhbər tutaraq hər zaman təmənnasız kömək ənənələrini davam etdirir. Sözsüz ki, Yaşat Fondunun layihələri cəmiyyətin diqqət mərkəzindədir. Xalq və dövlət birliyi ilə fond böyük işlərə imza atır. Belə ki, müharibə iştirakçılarının maddi vəzyyətinin yaxşılaşdırılması, yaralanmış hərbçilərimizin ölkə daxilində və xaricində müalicələrinin təşkil edilməsi, şəhidlərin yeni dünyaya gələn körpələrinin zəruri xərclərinin qarşılanması fondun əsas prioritetlərindəndir. Fondun ümumi iş prinsipi dövlət və vətəndaş cəmiyyətinin birgə iştirakını təmin edir.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayevdir.

Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Atamoğlan Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Atamoğlan Babayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Atamoğlan Babayevdən danışdılar yaxşı ki, Atamoğlan Babayev Ağcabədi su-kanal sahəsinin rəisi təyin olunub… Atamoğlan Babayev öz isguzarlığı ilə tanınır və seçilir….

Atamoğlan Babayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Atamoğlan Babayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Atamoğlan Babayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Atamoğlan Babayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Atamoğlan Babayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Atamoğlan Babayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Atamoğlan Babayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Atamoğlan Babayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağcabədi su-kanal sahəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Atamoğlan Babayev özünü doğruldub. Bizdə hörmətli Atamoğlan Babayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər