Bakıda bu məktəb koronavirusa görə bağlandı - müəllimlər və şagirdlər yoluxdu

Bakıda bu məktəb koronavirusa görə bağlandı - müəllimlər və şagirdlər yoluxdu Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.
APA xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

Oxşar xəbərlər