Əməkdar artistdən ermənilərə sərt mesaj - ''Qarabağı tərk edin''

Əməkdar artistdən ermənilərə sərt mesaj - ''Qarabağı tərk edin'' Əməkdar artist Bəhram Bağırzadənin sosial media paylaşımı marağa səbəb olub.
Aktyor ''İnstagram'' hesabında öz fotosunu yayımlayaraq ermənilərə sərt mesaj ünvanlayıb.
"Mən Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə, insan nitqini hələ də qavraya bilən hər kəsə müraciət edirəm. Son onilliklər ərzində Azərbaycan bir çox dünya səviyyəli layihələr həyata keçirmişdir. Ancaq əsas odur ki, biz 10 milyon olduq. Çünki prezidentimiz İlham Əliyev başda omaqla, yaratdığımız gələcəyimiz var. Siz isə əbədi müharibənizlə təkbətək qaldınız və nəvaxtsa həyatla, dahi musiqi ilə, bülbüllərin cəhcəhi ilə bürünən Qarabağ torpağını yer üzündə cəhənnəmə çevirdiniz. Xalqınızı tanrısız, nifrət virusu ilə yoluxdurdunuz. Nəsillərinizə hansı mirası qoyacaqsınız? Yanmış torpaqlar, mina dolu sahələr, əsgərləriniz üçün məzar daşları, analarınız üçün qara matəm rəngi ? Düşünün! Qarabağı tərk edin, onu dağıdıcı varlığınızdan azad edin! Bu mübarək torpaqda çörək yetişdirənlər, körpülər tikənlər, uşaqlara dərs verənlər və Allaha dua edənlər yaşamalıdır! Biz müharibəyə nifrət edirik, ancaq qələbə qazananadək mübarizə aparacağıq! Biz qələbə çalacağıq, çünki həqiqət, ədalət və Allah bizim tərəfimizdədir! Biz qələbə çalacağıq, çünki sülh və yaradılış üçün doğulmuşuq! Qarabağ Azərbaycandır!''- deyə, Əməkdar artist qeyd edib.

Oxşar xəbərlər