"Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Naziri tapa bilmirdim" — Prezident Elmar Məmmədyarovu TƏNQİD ETDİ - VİDEO

"Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Prezident son günlər cəbhədəki hadisələrin gedişində Xarici İşlər Nazirliyinin fəaliyyətsizliyini sərt tənqid edib:
"Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim".


Oxşar xəbərlər