AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar (VİDEO)

AzTV-nin əməkdaşları ermənilərin hücumuna məruz qaldılar (VİDEO) Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumunə məruz qalıblar.

Jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qareqin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.

Hadisə yerindən aldığımız videonu sizə təqdim edirik:

Konkret.az


Oxşar xəbərlər