Xərçəng xəstəsi olan Tünzalə başını keçəl etdi – Əri də dəstək oldu

Xərçəng xəstəsi olan Tünzalə başını keçəl etdi – Əri də dəstək oldu Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva (“Toppuş bacı”) kimyaterapiyaya başlayıb.

“Qafqazinfo” xəbər verir ki, saçlarını kəsdirən aktrisaya həyat yoldaşı Röyal da başını keçəl etməklə dəstək olub. Birgə fotolarını sosial şəbəkədə paylaşan Tünzalə yazıb: “Xoşbəxt olmaq üçün xarici görünüşün heç bir anlamı yoxdur. İnşallah, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl əməliyyat olunan Əməkdar artistin vəziyyəti bu ay yenidən pisləşib. Aktrisanın uşaqlıq yolunda bədxassəli şiş tapılıb. O, açıqlamasında 6 kimyaterapiya, 25 şüa qəbul edəcəyini bildirmişdi.

Oxşar xəbərlər