
“Qafqazinfo” “Hindustantimes”a istinadən xəbər verir ki, uşaqlardan 2-si qız, 4-ü oğlandır. Ana qızlarına Zina və Zuriel adlarını qoysa da, oğulları üçün hələ ad axtarışındadır. Zelma və körpələri özlərini yaxşı hiss edir.
Həkimlərin sözlərinə görə, 6 uşağın sağlam doğulması şansı 4,7 milyardda birdir.