
Toqquşma nəticəsində xəsarət alanların sayı 33 nəfərə çatıb. Bir nəfər 13 yaşlı oğlan isə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Baku.Tv-nin əməkdaşları qəzanın baş verdiyi əraziyə yollanaraq, hadisə yerindən reportaj hazırlayıblar.
Həmin süjeti təqdim edirik:
Qeyd edək ki, Bakıda sərnişin avtobusunun qatarla toqquşması nəticəsində baş verən qəza ilə bağlı cinayət işi başlanıb. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb, istintaq aparılır.