2 saylı Bakı Dəmir Yol Poliklinikasında aparılan uğurlu islahatlar Həmzə Həsənovun adı ilə bağlıdır

2 saylı Bakı Dəmir Yol Poliklinikasında aparılan uğurlu islahatlar  Həmzə Həsənovun adı ilə bağlıdır Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu Həmzə Həsənovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda Həmzə Həsənovu gözdən salmaq üçün "2 saylı Dəmiryolu Poliklinikasında korrupsiya tuğyan edir", Cavid Qurbanovu belə saya saymayan baş həkim - vəya obyekt, villa şəkillərini ictimailəşdirərək guya Həmzə Həsənova aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Həmzə Həsənov haqqında yazılanlara təəccüblənmirik. Çünki Həmzə həkimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu Həmzə Həsənovu əvəz edə bilməz. Getdik, gördük və yazdıq.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 2 saylı Dəmiryol Poliklinikasının Baş həkimi və fəxri dəmiryolçu Həmzə Həsənovdur.

2 saylı Bakı Dəmir Yol Poliklinikasında aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz bunu hiss edirik.

Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 2018-ci ildə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak etmiş və öz xeyr-duasını vermişdir.

İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.

2 saylı Bakı Dəmir Yol Poliklinikasının baş həkimi, Tibb üzrə üzrə fəlsəfə doktoru, fəxri dəmiryolcu Həmzə Həsənov deyir ki, bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, istər maddi texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr. Rəhbərlik etdiyi müəssisə barəsində danışan Həmzə doktor deyir ki, əvvəllər burada dəmiryolçulara, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi.

Poliknikada olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, poliknikada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində xoş təəssurat yaradır. Həkimlər deyir ki, Həmzə Həsənov poliklinikaya baş həkim təyin edildikdən sonra burada təmir işləri aparılıb, əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün poliklinikada hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Müəssisəyə müraciət edən xəstələr burda xoş təəsuratla ayrılırlar.

Onu da qeyd edək ki, son illərdə isə şöbələr EKQ, USM, EEQ aparatları ilə təchiz olunub, laboratoriya üçün müasir avadanlıqlar alınıb. Yeni rentgen aparatı quraşdırılıb. Poliklinikanın maddi-texniki bazası möhkəmləndirilib, müasir tələblərə cavab verir, əmək intizamına ciddi əməl olunur. Təbii ki, bu işdə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun da əməyi az deyil. Cavid Qurbanovun səyi nəticəsində QSC-nin tibb xidmətəqələrində olan problemlər dərhal aradan qaldırılıb.

Oxşar xəbərlər