Elmira Şükürova: Kəlbəcər təhsili inkişaf edir

Elmira Şükürova: Kəlbəcər təhsili inkişaf edir Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xezerpress.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o, günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. İndiki halda da Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova haqqında yazılarda bəzi mətbu orqanlar artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifrazedən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Zatən, bəzi media orqanlarında qələmə alınan cızma-qaraların qərəz məhsulu olması, hansı xırda maraqlara xidmət etməsi hər kəsə gün kimi aydındır. Necə ki, son yazılardan sonra gerçək durum media mənsublarının özü tərəfindən müşahidə olunaraq qələmə alındı.

Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovadır.

Elmira xanım Şükürova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Kəlbəcər rayon təhsil şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Kəlbəcər rayon təhsil şöbəsi rayonun işğalından sonra Gəncə şəhəri Gülüstan qəsəbəsi Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında yerləşməklə öz fəaliyyətini davam etdirir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən tədbirlərin uğurlu nəticəsidir ki, ölkəmizin bütün bölgələrində, o cümlədən Kəlbəcərdə təhsil sahəsi sürətlə inkişaf edir. Son vaxtlar rayonda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də canlanma hiss olunmaqdadır. Rayonda təhsilin maddi-texniki bazasının genişləndirilməsi, yeni məktəblərin tikintisi daim diqqət mərkəzindədir. Rayonda məktəblər üçün yeni binaların inşası və ya onların təmiri, uşaq bağçalarının əsaslı təmiri istiqamətində görülən işlər geniş vüsət almışdır.

Bu gün rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müəllimlərin elmi-metodiki hazırlığının daha da yüksəldilməsinə, yeni təlim texnologiyalarından istifadə edilməsinə xüsusi əhəmiyyət verilir. Hər il cari dərs ilinə başlamamışdan əvvəl bütün məktəblərdə təmir işləri aparılır. Məktəblərə yumşaq inventar, stol, stul, parta, yazı lövhəsi alınaraq paylanılır. Təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramına uyğun olaraq məktəblərin kompyuterlə təchizatına diqqət artmış və ölkədaxili sürətli internet şəbəkəsinə qoşulması davam etdirilir.

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova - son illərin ən uğurlu və əhəmiyyətli nəticələri ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Məktəblərin tikintisi, əsaslı təmiri, təchizatı sahəsində tədbirlər artıq intensiv xarakter alıb və ardıcıl davam etdirilir. Məktəblərin infrastrukturunun yenilənməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan «Yeniləşən Azərbaycana yeni məktəb» və «Uşaq evləri və internat məktəbləri» proqramları çərçivəsində məktəb və uşaq bağçaları tikilmişdir.

Sonda hörmətli Elmira Şükürova dövlətimizə şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

P.S. Jurnalist peşəsinə hörmət edən hər bir şəxs Elmira Şükürova haqqında yazılan materialları əvvəlcədən araşdırmalı, Elmira xanımın özü ilə dəqiqləşdirməli və sonra dərc etməlidir.

Oxşar xəbərlər