Kabus Dadaşov - Yeganə baş həkimdir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub

Kabus Dadaşov - Yeganə baş həkimdir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.

Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan vərilməməlidir.

Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov cəmiyyətdə belə xarakterizə olunur

… Yeganə baş həkimdir ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə baş həkimdir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə sadəcə “həkim” deməsi də burdan qaynaqlanır.

… Yeganə baş həkimdir ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…


Azərbaycan Respublikası Neyro-Cərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov - Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2017-ci ildə də böyük işlər həyata keçirilib.

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır. Belə ki, 2017-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 təşkil etmişdir. Təbii artım 12,5 olmuşdur ki, bu da Avropa ölkələri arasında ən yüksək göstərici olaraq qalmaqdadır. Səhiyyəyə ayrılan büdcə vəsaiti son 5 ildə 2 dəfədən çox artırılmışdır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yüksək səviyyədə təchizatına imkan vermişdir. Təkcə bu il ərzində 66 səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır. Bunlardan 18-i Bakı şəhərində, 48-i isə regionlarda yerləşən səhiyyə müəssisələridir. Sevindirici haldır ki, Bakı Sağımlıq Mərkəzinin, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının açılışında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

Bütün bunlar 2017-ci ilin səhiyyəmiz üçün uğurlu keçdiyini deməyə əsas verir. Azərbaycan səhiyyəsi inamlı addımlarla irəliyə doğru gedir. Bu sahədə qazanılan uğurlar gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.

Oxşar xəbərlər