Leyla xanım Seyidbəyova: : "Səhiyyəmiz bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır"

Leyla xanım Seyidbəyova: : Leyla xanım Seyidbəyova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 7 saylı doğum evinin baş həkimi Leyla xanım Seyidbəyovadır.

7 saylı doğum evinin baş həkimi Leyla xanım Seyidbəyovanın adı, Respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

7 saylı doğum evinin baş həkimi Leyla xanım Seyidbəyova - "Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2018-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub".

Sevindirici haldır ki, keçən il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçirilən referendum xalqın dövlətlə birliyini bir daha göstərdi, bütün Azərbaycan xalqının, o cümlədən səhiyyə ictimaiyyətinin iradəsini ifadə etdi. Ümumxalq səsverməsində iştirak edən səhiyyə işçiləri ölkəmizdə sabitliyə, əmin-amanlığa və inkişafa səs verdilər. Sizin diqqət və qayğınızı həmişə öz üzərində hiss edən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.

Oxşar xəbərlər