Son günlər bir çox ölkələrdə siyasi vəziyyətin gərginləşməsi, çoxsaylı insan itkisi ilə müşayət olunan terror aktları, İŞİD-in fəallaşması fonunda ölkəmizdə də vəhabilərin aktivləşməsi müşahidə edilir. Artıq sosial şəbəkələrdə də onların güclü surətdə təşkilatlanmasının da şahidi oluruq. Hətta ərzaq təminatlarını da həll etmək üçün müxtəlif vasitələrdən istifadə etdiklərini görmək mümkündür.
Cebhe.info xəbər verir ki, sosial şəbəkədəki qruplardan yararlanan vahabilər alqı-satqı qruplarında xüsusilə fəallıq nümayiş etdirirlər. Bir-birlərinə "əxi” deyə müraciət edən qrup üzvləri vəhabi olmayanlara qarşı da sərt münasibət göstərirlər.
Alqı-satqı qruplarından birində Facebook istifadəçisi olan xanım vəhabilərin açdığı iş yerlərinə işçi toplanması, "Nur” firması tərəfindən istehsal olunduğu bildirilən kolbasa və sosiskaları təbliği və satışı ilə məşğul olur. Kolbasanın tam islam qaydalarına uyğun, halal hazırlandığı bildirilir. Lakin üzərində istehsalçısı, istehsal tarixi, saxlanma müddəti olmayan məhsulun yarım kilosu 5 AZN-ə, kiloqramı 10 AZN-ə, nazik sosiskaların dənəsini isə 0.70 AZN-ə təklif edilir. Bundan başqa həmin kolbasaların vahabilər arasında daha çox istifadə edildiyini bildirən bir neçə "əxi” hətta kolbasaları Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən "İlahiyyat məscidi” qarşısında xüsusi olaraq satıldığını da bildirir. Ancaq kolbasanın istehsalçısı oladuğu deyilən "Nur” firması haqqında hansısa məlumat əldə etmək mümkün olmur.
Təbii ki, alqı-satqı ilə məşğul olmaq hər kəsin haqqıdır. Sadəcə sosial şəbəkələrdə onların fikirləri ilə razılaşmayan şəxslərə qarşı olduqca kobud və hətta təhdid dolu ifadələr işlətmək yolverilməzdir. Vəhabi xanımlar onlara etiraz edənləri "zövc”ləri (həyat yoldaşları) ilə də hədələyir, barələrindəki ittihamlara (xüsusilə ailə üzvləri arasında cinsi münasibətin olması barədə yayılan söhbətlərə) cavab vermək üçün dərhal digər vəhabi Facebook istifadəçilərini köməyə çağırır, vəhabi olmayanları hədələyirlər.