İrəvanda silahlılar polis binasını ələ keçiriblər: Ölən var - YENİLƏNİB

İrəvanda silahlılar polis binasını ələ keçiriblər: Ölən var - YENİLƏNİB Binanın azad edilməsi məqsədilə hadisə yerinə əlavə qoşun göndərilib

Bir qrup silahlı şəxs tərəfindən Yerevanda Daxili Qoşunların və polis binasını ələ keçirilməsi zamanı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Bu barədə İnterfaks agentliyi xəbər verir.

“Təsis parlamenti” təşkilatının sədr müavini Varujan Avetisyan “silahlı üsyanın başlanması”nı elan edib. Silahlılar Serj Sarkisyanın istefasını tələb edirlər.

V.Avetisyan iddi edir ki, Erebunidə yerləşən xüsusi təyinatlıların hərbi hissəsi ələ keçirilib.

11:09

Bir qrup silahlı şəxs İrəvan şəhərində yerləşən Daxili Qoşunların və polis binasını ələ keçirib.

İnterfax xəbər verir ki, onlar müxalif “Yeni Ermənistan” ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

Silahlıların ələ keçirdiyi binanın azad edilməsi məqsədilə əlavə qoşun göndərilib.

Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib ki, yaxın vaxtlarda polisi rəsmi bəyanatla çıxış edəcək.

Hazırda polis Erebuni rayonuna gedən bütün yolları bağlayıb.

Oxşar xəbərlər