Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün evdə Lüksemburq "Düdelanj"ıyla qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qurbanov bunları deyib:
- Hamımız bu turniri səbirsizlikə gözləyirik. Pis hazırlaşmamışıq. Rəqibi analiz eləmişik. Digər komandalarımızın da mərhələ keçməsi bizim üçün böyük stimuldu. Rəqibə ciddi yanaşırıq. Oyunlarını izləmişəm. Çoxu bu komananı ciddi qəbul eləmir. Ancaq futbol elə səviyyəyə çatıb ki, komandalar arasında elə də ciddi fərq olmur. Xüsusilə, bu cür Belçika, Hollandiya və Almaniyanın yaxınlığında yerləşmiş ölkə ciddi sayılmalıdı. Bu komandada başqa ölkələrdən də futbolçular top qovur. Məncə, bu komanda ilk mərhələdəki ən çətin rəqiblərdən biridi. Özümü sığortalamaq üçün demirəm. Yaxşı sürətli oyunçuları var. Düşünürəm ki, sabah azarkeşlərə gözəl futbol təqdim edə biləcəyik. Şübhəsiz, qələbə üçün oynayacağıq. Hamını sevindirmək istəyirik. Əlimizdə olan 25 gündən səmərəli istifadə etməyə çalışdıq. Təlim-məşq toplanışının necə nəticə verdiyini sabah görəcəyik.
- Reynaldonun durumu necədi?
- Reynaldo "ilk 11-lik”də olmayacaq. Sonradan meydana çıxmaq ehtimalı çox azdı. Həkimlərin verdiyi rəylə hərəkət edəcəyik. Risk olsa, "18-lik”dən kənarda saxlayacağıq.
- Respublika stadionunun ot örtüyü ilə maraqlanmısız?
- "Zirə"ylə oyunu orda keçirdik. Məncə, qənaətbəxşdi. Ot hələ tam oturmayıb. Ancaq ümumi götürdükdə meydançanın vəziyyətindən razıyıq.
- "Düdelanj"ın oyunlarına baxdığınızı dediz. Hansı oyunçusunu fərqləndirə bilərsiz?
- Yeni məşqçi gəlib. Yeni oyunçuları var. Bir növ alman xarakterli oyun sərgiləyirlər. Baş məşqçiləri "Borussiya"da oynamış Topmöllerin oğludu. Çox istəkli oyun sərgiləyirlər. Komanda intizamlı oyun göstərir. Hücumda Lüksemburq millisinin oyunçuları çıxış edir. Belə komandaya qarşı oyun rahat olmayacaq. Ancaq hansısa xətti fərqləndirməzdim.
- Komandanı oyuna tam kökləyə bilmisiz?
- İstənilən halda, ilk oyunda həyəcan olur. Əsasən də, evdə oynayanda. Çalışacağıq bu həyəcanı aradan qaldıraq. Düzünə qalsa, hazırki psixoloji durumdan tam razı deyiləm.
- "Qarabağ" ÇL-də qrupa düşsə, sizin missiyanızı yekunlaşmış saymaq olar?
- Hər məşqçiyə belə komadada işləmək qismət olmur. Təki qrup mərhələsinə düşək. Hələ ki, burdayam. Bu komandadan getmək fikrim yoxdu. Amma həyatdı, gələcəkdə hər şey ola bilər.
- Reynaldo tez-tez zədələnir. Onun yerinə yeni hücumçu fikirləşmisiz?
- Reynaldonun yerinə yox, ancaq yeni hücumçu transfer etmək istəyirik.