Portuqaliya “Avro-2016”-nın finalında

Portuqaliya “Avro-2016”-nın finalında Matç 2:0 hesabı yekunlaşıb, Ronaldo və Nani fərqlənib

Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk yarımfinal oyununda Portuqaliya yığması Uels komandası ilə üz-üzə gəlib.

Lyon şəhərinin “Stad de Lümer” stadionunda keçirilən matç Pireney təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 50-ci dəqiqədə “Real” klubunun hücumçusu Ktiştiano Ronaldo açıb.

Üç dəqiqə sonra Nani portuqaliyalıların üstünlüyünü iki topa çatdıraraq oyunda son nöqtəni qoyub.

“Avro-2016”-nın finalında Fernandu Santuşun yetirmələri iyulun 7-də keçiriləcək Fransa-Almaniya matçının qalibi ilə qarşılaşacaq.

Oxşar xəbərlər