Macarıstan və İslandiya komandaları da 1/8 final mərhələsinə yüksəliblər
Fransada keçirilən futbol üzrə Avropa çempionatında “F” qrupunun üçüncü turunun oyunları keçirilib.
Lyonun “Stad de Lyon” arenasında Portuqaliya və Macarıstan milliləri 3:3 hesablı heç-heçə oynayıblar.
Macarların heyətində Zoltan Gera (19-cu dəqiqə) və Balaj Djudjak (47 və 55-ci dəq.) fəqrləniblər. Portuqaliya millisində Kriştiano Ronaldo dubla imza atıb (50 və 62-ci dəq.), daha bir qolu isə Nani (19-cu dəq.) aktivinə yazdırıb.
Bu nəticədən sonra Macarıstan qrup lideri, Portuqaliya isə qrup üçüncüsü kimi 1/8 final mərhələsinə adlayıb.
Paralel keçirilən oyunda İslandiya Avstriyanı 2:1 hesabı ilə məğlub edərək qrup ikinciliyinə yüksəlib.