Gərgin oyunda Portuqaliyanın üzü güldü

Gərgin oyunda Portuqaliyanın üzü güldü Həlledici qolu Rikardo Kuarejma vurub

Portuqaliya yığması Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Xorvatiya millisini minimal hesabla məğlub edərək turnirin üçüncü 1/4 finalçısı olub.

Lansın “Feliks Bolar” stadionunda keçirilən qarşılaşma Pireney təmsilçilərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtın sonuna 2 dəqiqə qalmış Portuqaliya yığması Rikardo Kuarejmanın qolu ilə Xorvatiyanı məğlubiyyətə uğradıb.

1/4 final mərhələsində Portuqaliya iyunun 30-da Polşa millisi ilə qarşılaşacaq.

Oxşar xəbərlər