Ukrayna “Avro-2016”da ikinci məğlubiyyətlə üzləşib

Ukrayna “Avro-2016”da ikinci məğlubiyyətlə üzləşib Lion şəhərinə dolu yağması səbəbindən oyunda fasilə yaranıb

Ukrayna yığması Fransada keçirilən Avropa çempionatının ikinci turun oyununda Şimali İrlandiya komandasına uduzub.

Lion şəhərində keçirilən matç Britaniya təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesab 49-cu dəqiqədə açılıb. Andrey Pyatovun qapısına müdafiəçi Qaret Makauli yol tapıb.

Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Niall Makqinn hesabı 2:0-a çatdırıb.

Qeyd edək ki, qarşılaşma 58-ci dəqiqədə dayandırılıb və 3 dəqiqədən sonra davam etdirilib. Fasiləyə Lion şəhərinə dolu yağması səbəb olub.

Oxşar xəbərlər