"Biz hansı addımı atırıqsa bilin ki, bu Türkiyənin qazancı üçün atılan addımlardır."
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsrail və Rusiya ilə münasibətləri normallaşdırmasına münasibət bildirərkən deyib.
Türkiyənin İsrail qarşısında irəli sürdüyü bütün tələblərin qəbul edildiyini deyən Ərdoğan, Putinlə telefon danışığından da danışıb.
"Cənab Putin ilə telefon danışğımız əvvəlcədən razılaşdırılmışdı.Əlaqələrin sürətlə yaxşılaşdırılması məsələsində razılaşdıq . Sentyabr ayında Çində keçiriləcək G-20 toşlantısında görüşmək qərarı verdik.
Bəziləri çox şeylər söyləyə bilərlər, bunlar bizim üçün maraqlı deyil. Amma Rusiya ilə münasibətlərin normallaşması prosesində iştirak edən dost ölkələrə təşəkkür edirik. Hər iki ölkə arasında bu proses çoxdan başlamışdı. Rusiya ilə münasibətlərin pisləşməsi zamanı əlini ovuşduranlar, buna sevinənlər də az deyildi. Yaxşı oldu deyənlər də vardı. Onların da oyununu beləcə pozduq" deyə Ərdoğan qeyd edib.