Əməkdar artistin xanımı ərini qısqanıb aktrisayla dalaşdı — Azərbaycanda

Əməkdar artistin xanımı ərini qısqanıb aktrisayla dalaşdı — Azərbaycanda Ağdam Dövlət Dram Teatrında kollektivlə rəhbərlik arasında gərginlik yaranıb

Teatrın baş rejissoru, əməkdar artist Sərvər Əliyevlə bəzi aktyor-aktrisaların münasibətləri daha da gərginləşib. İş o həddə çatıb ki, S.Əliyevin həyat yoldaşı son günlər bir neçə dəfə teatra gələrək kollektivin bəzi üzvləri ilə dalaşıb, onları təhqir edib:

"Sərvər Əliyevin həyat yoldaşı teatra gələrək, aktrisalardan biri ilə dalaşdı. Hər ikisi bir-birinə xoşagəlməz sözlər dedilər. Bildiyimizə görə, baş rejissorun həyat yoldaşı ərini aktrisalara qısqandığından belə edir və teatra tez-tez gəlir".

Mövzunu diqqətdə saxlayacağıq.

Oxşar xəbərlər