Bakıda boşanmaq istəyən qadın bıçaqlandı

Bakıda boşanmaq istəyən qadın bıçaqlandı Onları sakitləşdirməyə çalışan qadın da bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Şıxlinski küçəsindəki binalardan 29 /41 D ünvanında yaşayan 29 yaşlı Əfsanə Əlmirzə qızı Rəsulova ilə həyat yoldaşı arasında mübahisə düşüb.

Mübahisəyə Əfsanə Rəsulovanın həyat yoldaşından ayrılmaq istəməsi olub. Boşanmaq istəməyən ər həyat yoldaşını və onları sakitləşdirməyə çalışan rəfiqəsini bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Əfsanə Rəsulova xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, qadında 15 bıçaq xəsarəti müəyyən olunub.

Əfsanə Rəsulovanın rəfiqəsi əlindən yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Faktla əlaqədar cinayət işi başlanılıb. Polis əməkdaşları arvadını bıçaqlayan əri axtarır.

Oxşar xəbərlər