Təmsilçi türkcə oxuduğu üçün…
Xəbər verdiyimiz kimi, ötən gecə “Eurovision 2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Ermənistan bu dəfə də qalmaqalla yadda qalıb. Bu barədə “Eurovision Turkey” səhifəsi məlumat yayıb.
Ermənistanın Hayastan 1 TV-dən canlı yayımlanan müsabiqə zamanı Ukrayna təmsilçisi Jamalanın ifa etdiyi “1944” adlı mahnının nəqarət hissəsində türk sözlərindən istifadə edildiyinə görə, yayım yarımçıq dayandırılıb. Daha sonra Norveç təmsilçisi Agnetenin performansı zamanı canlı yayım yenidən bərpa edilib.