ATV-də yayımlanan “Bu stil mənim” verilişinin bağlanması barədə xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, dəb müsabiqəsinin rəsmi "İnstaqram" səhifəsində bu barədə məlumat verilib: “Üçüncü aydan etibarən yeni süprizlərlə “Bu stil mənim” ATV-də! Çox çalışdıq və çox yorulduq. Amma hər şey hazırdır. “Bu stil mənim” üçüncü aydan etibarən qonaqları və yenilikləri ilə gəlir”. Qeyd edək ki, dəb yarışması ötən gün efirə verilməyib. Xatırladaq ki, müsabiqənin eks-iştirakçıları redaksiyamızda qonaq olaraq təşkilatçı şirkətin rəhbərləri ilə bağlı sensasion ittihamlar irəli sürüblər.