Eyvan sahibləri qonaqları qəlyənaltı və spirtsiz içkilərlə təmin edirlər
Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin başlamasına az vaxt qalıb.
ANS PRESS-in məlumatına görə, yarışa idmançı və təşkilatçılarla yanaşı, yarış keçiriləcək ərazidə mənzili olan sakinlər də hazırlaşırlar.
Əlbəttə, belə əlverişli yerdə mənzili olan insanın yarışı bir tamaşaçı kimi izləməməsi təəccübləndirərdi.
Bəzi sakinlər isə yarışı təkcə seyr etmək yox, həm də bu yarışdan pul qazanmaq niyyətinə düşüblər.
Biletlərin qiyməti 29 manatdan başlayan yarışa paralel “bilet satışı”na start verilib. Paytaxt sakinləri bolidlərin keçəcəyi küçələrə baxan eyvanları olan mənzillərini kirayə verməyə başlayıblar. Daha dəqiq, mənzilin eyvanını kirayə verirlər.
Sosial şəbəkələrdə verilən elanlardan bir günlük eyvan kirayəsinin qiymətinin hətta 500 manata çatdığı da bəlli olur. Eyvan sahibləri kirayəşin-tamaşaçıları qəlyənaltı və spirtsiz içkilərlə də təmin olunmasını öhdələrinə götürürlər.
Nə qədər qəribə səslənsə də, bu biznes artıq dünyada dəb halına çevrilib. Fransa, İspaniya, Braziliya, Almaniya və digər beynalxalq turnirlərin keçirildiyi ölkələrdə evlərin eyvanlarını kirayəyə verirlər. Bu nə qədər qanuni olması çoxlarını narahat etmir.